TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞUNUN ZİRVƏSİ
Türk dünyası

TÜRKİYƏ-AZƏRBAYCAN DOSTLUĞUNUN ZİRVƏSİ

Azərbaycanın sınaq qarşısında qaldığı zamanlarda qardaşımız Türkiyə bizi yalqız qoymamış, mənəvi dəstəyini göstərmişdir.

1993- ildə ermənilər yenidən Azərbaycan torpaqlarını işğala məruz qoyub soyqırımı həyata keçirəndə bu ədalətsizliyi pisləyən erməni əsgərləri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayınca öz sınır qapılarını Ermənistanın üzərinə açmayacaqlarını bəyan edən Türkiyə bu gün verdiyi sözünün sahibidir. 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq savaşını birmənalı şəkildə dəstəkləyən qardaş Türkiyə oldu. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib ƏrdoğanınAzərbaycan yalqız deyildir, Türkiyə hər zaman Azərbaycanın yanındadır”  mesajı erməni vandalizmini müdafiə edən qüvvələri zərərsizləşdirərək yerində oturtdu. Elə buna görə Azərbaycan bu savaşdan öz ərazi bütövlüyünü təmin etməklə qalib ayrıldı.

Qarşıda tamamlanmamış işlər var ki, ermənilərin dağıtdıqları, viran qoyduqları ərazilərin yenidən bərpası, infrastrukturun qurulması, yol, su, qaz, işıq xətlərinin çəkilməsi kimi mühüm məsələlərdə Azərbaycanın yenə qardaş Türkiyənin dəstəyinə ehtiyac olduğunu ortaya qoyur.

Şuşa şəhəri, 15 iyun 2021-ci il. Bu tarix son yüz ilin ən əlamətdar tarixi kimi tək azərbaycanlıların deyil, türk dünyasının yaddaşında silinməz izi ilə qalacaq. Ona görə ki, məhz bu gündə Şuşa Bəyannaməsi imzalandı, iki dövlət, bir millətin gələcək taleyinin nurlu sabaha açılması məqsədilə. Bu Bəyannamə Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının ucalığını dünyaya nümayiş etdirdi. Bəyannamənin təqdir olunası məqamlarından biri hər iki dövlətin öndərlərinin kəlamlarının burada öz əksini tapmasıdır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə ulu öndər Heydər Əliyev demişdir: “Türkiyə Azərbaycan bir millət, iki dövlətdir”. 15 iyun- Şuşa Müttəfiqlik Bəyannaməsi məhz öndərlərin müdrikliyindən qaynaqlanaraq bu dostluğun əbədilik qazanmasını təsdiqləyir.

Azərbaycanın hər yerində olduğu kimi kəlbəcərlilər Türkiyənin ölkəmizə göstərdiyi mənəvi dəstəyi minnətdarlıq hissiylə qarşılayır Kəlbəcərin yenidən qurulmasında qardaş ölkənin yaxından iştirakına sevinirlər. Artıq Kəlbəcərin yolunun yenidən işlənməsinə başlanmışdır bu işi türk şirkətləri yerinə yetirirlər.

Köçəri CƏFƏROV,

Kəlbəcər sakini.