Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatı yaradılıb
Türk dünyası

Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatı yaradılıb

Türk Dövlətləri Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatı təsis olunub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Konstitusiya Məhkəməsinin yaradılmasının 60-cı ildönümü münasibətilə İstanbulda keçirilən tədbirlər çərçivəsində bununla bağlı qərar qəbul edilib.

İclasda Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstandan olan nümayəndə heyətləri iştirak edib. Qazaxıstan tərəfi isə iclasa onlayn formatda qatılıb.

Tədbirdə ölkəmizi Türkiyədə səfərdə olan Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Mərasimdə türkdilli dövlətlər arasında konstitusiya quruculuğunda əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması, habelə məhkəmə sistemində aparılan islahatlar sahəsində birgə tərəfdaşlığı özündə əks etdirən çoxtərəfli sənədlər imzalanıb.

AZƏRTAC