Türk atletləri erməni barbarlığına qələbə ilə cavab verdilər
Türk dünyası

Türk atletləri erməni barbarlığına qələbə ilə cavab verdilər

Ermənistan silahlı qüvvələrinin 11 aprel təxribatının ardınca növbəti dəfə Azərbaycana qarşı vandallıq aktı törədilib. Aprel ayının 14- İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması hədsiz  hiddətə səbəb olub. Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təzahürü olan bu hal qətiyyətlə pislənir.

Xarici İşlər Nazirliyinin məsələyə münasibətində  bildirilir ki, Ermənistan hökuməti tədbiri təşkil edən tərəf olaraq bu kimi hadisələrin qarşısını vaxtında almalı müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu aktı törətmiş şəxsin ilkin olaraq saxlanılsa da, sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası, Beynəlxalq Olimpiya Komitəsi digər aidiyyəti beynəlxalq qurumlar tərəfindən idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə, qaydalar çərçivəsində təşkilatçılara qarşı müvafiq cəza tədbirlərinin görülməsinə çağırırıq.

Beynəlxalq idman yarışında təxribat törədilməsi, Azərbaycan bayrağının təhqir olunması yandırılması bir daha göstərdi ki, ermənilər hələ əsl xislətlərindən, faşist düşüncələrindən əl çəkə bilmirlər. İdmanın siyasiləşdirilməsi fonunda baş verən hadisə - etnik nifrət, rasizm azərbaycanofobiyanı bütün dünyaya nümayiş etdirən ermənilərin bu addımı həm idmanın xoşniyyətliliyi xalqlar arasında sülhü təbliğ edən nəcib məqsəd prinsipləri ilə tam ziddiyyət təşkil edir. Ermənistan baş nazirinin bir çox dövlət rəsmilərinin iştirak etdiyi idman yarışında iştirakçı ölkənin bayrağına qarşı bu cür iyrənc, irqçi hərəkət bir daha göstərdi ki, beynəlxalq idman yarışlarında iştirak edən  ölkələrin təhlükəsizliyini təmin etməyən Ermənistanda belə mötəbər  tədbirlərin keçirilməsi qadağan edilməlidir.

Bu iyrənc hadisə təkcə Azərbaycanda deyil, beynəlxalq ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Aram Nikolyan adlı dizaynerin bu barbarlığı Ermənistanda da ciddi narazılıqlara səbəb olub. Məsələ ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə həmyerlilərini hədəfə alan ermənilər onun bu hərəkətini kəskin pisləyiblər. Albert Kaçataryan adlı şəxs bayrağımıza qarşı hörmətsizlik edən Aram Nikolyanın davranışını axmaq addım adlandırıb. O, həmyerlisinin ünvanına ağır ifadələr yağdıraraq, bu axmaqlığı ilə dünyaya kimin vəhşi olduğunu açıq-aydın göstərdiyini bildirib. Mariya adlı digər izləyici isə yazıb ki, "bayraq yandırmaq vətənpərvərlik deyil, vətənpərvərlik döyüş meydanında vuruşmaqdır". O da belə rəftarı Ermənistan adına şərəfsizlik kimi qiymətləndirib. Nara Arakelyan da bayraq yandırmağın heç qəhrəmanlıq olmadığını qeyd edərək bu hərəkətin sərhəddəki vəziyyəti ağırlaşdıra biləcəyinə diqqət çəkib.

İnsanların sülh, əmin-amanlıq, dinc yanaşı yaşamaq istəklərindən qaynaqlanan idman Olimpiya hərəkatı insanlıqdan kənar olan ermənilərin ruhuna yaddır. Bu, onu göstərir ki, Ermənistan hələ acı məğlubiyyətini həzm edə bilmir. Düşmənin mübariz ruhlu, ən yüksək yarışlarda daim qələbə qazanan, üçrəngli müqəddəs bayrağımızı dalğalandıran, himnimizi səsləndirən komandamıza qədər böyük nifrət bəslədiyi ortaya çıxdı. Erməni vəhşiləri yaxşı bilirlər ki, harada təmiz mübarizə var, Azərbaycan orada qalib olacaqOdur ki, bunun qarşısını almaq üçün bu barbarlığı törədiblər. Özünün məkrli sifətini bir daha nümayiş etdirən ermənilərdən fərqli olaraq, Azərbaycanda indiyədək dünya səviyyəli, beynəlxalq əhəmiyyətli  çoxsaylı  tədbirlər keçirilib. Bu tədbirlərin hər biri yüksək  təşkilatçılığa görə digər ölkələrə örnək kimi göstərilib. 2015-ci ildə ölkəmizdə keçirilmiş I Avropa Oyunlarında Azərbaycan Prezidenti İlham Əliyevin fəxri kürsüdə yer almış erməni əsilli idmançının əlini sıxaraq medalı onun boynundan şəxsən asması, əl hərəkətləri ilə zaldakı ajiotajı sakitləşdirib, erməni idmançının da alqışlanmasını təmin etməsi  yaddaşlarımızdadır.

Qeyd edək ki, Ermənistanda törədilmiş hadisə ilə bağlı Azərbaycanda cinayət işi açılıb, milli komandamızın yarışı tərk etməsinə qərar verilib, atletlərimiz vətənə qayıdıblar. Bayrağımıza qarşı törədilən vandallığı isə  türkiyəli atletlər qələbə ilə cavablandırıblar. Azərbaycan Prezidenti İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın Ağır Atletika üzrə Avropa çempionu Cansu Bektaşı Ağır Atletika üzrə Avropa çempionatının gümüş medalçısı Qamze Altunu təbrikində deyilir: "Sizin yüksək ustalıq, əzmkarlıq iradə nümayiş etdirərək dünya miqyasında Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün Azərbaycan xalqını sevindirdi. Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik. Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi təmsil edir haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür".

Mustafa KAMAL,

"Respublika".