Tovuzda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib
Region

Tovuzda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib

Bu gün Tovuz rayonunda Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi həyata keçirilib.

Layihə Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Layihənin əsas məqsədi futbola marağı artırmaq və idmanın kütləviliyinə nail olmaqdır.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, millət vəkilləri Arzu Nağıyev, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov açaraq tədbirin mahiyyəti barədə ətraflı məlumat verib.

Sonra rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək ölkəmizdə idmanın inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən danışmış, futbolun kütləviliyinə nail olmaq üçün belə tədbirlərin önəmini xüsusi vurğulamışdır.

Daha sonra AFFA-nın vitse-prezidenti Rauf Əliyev, Milli Məclisin deputatı Arzu Nağıyev çıxış edərək bu tədbirlərin Tovuz rayonunda ənənəvi olaraq davam edəcəyini bildiriblər.

Tədbirdə rayonun ümumtəhsil məktəblərindən ümumilikdə, 50 məktəbliyə, o cümlədən məktəbli şəhid övladlarına idman geyimləri və futbol topları verilib. 

Sonda xatirə şəkli çəkilib.

Vəli VƏLİYEV,

“Respublika”.