Tikinti sektorunun inkişafında yeni üfüqlər
İQTİSADİYYAT

Tikinti sektorunun inkişafında yeni üfüqlər

Ölkə inşaatçıları 14 ildir ki, hər il aprelin 10-nu peşə bayramları kimi qeyd edirlər. Bu, inşaat sahəsində çalışanların əməyinə verilən böyük dəyərdir.

İqtisadiyyatın sürətli inkişafında tikinti sektorunun payı olduqca böyükdür. Heç təsadüfi deyil ki, bu sahə bir çox ölkələrdə bütöv bir iqtisadi zənciri hərəkətə gətirən mexanizm kimi qəbul edilir. Ümumiyyətlə, tikinti sektoru dünyada iqtisadi inkişafda dayanıqlığının güclənməsində xüsusi yerə malikdir.

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə tikinti-quruculuq işlərinə xüsusi diqqət göstərmişdir. Ötən əsrin 70-ci illərində respublikamızda tikinti sektorunun inkişafı xeyli sürətlənmiş, şəhər rayonlarda nəhəng istehsal müəssisələri, yüzlərlə yaşayış binası, səhiyyə, mədəniyyət, təhsil obyektləri tikilib istifadəyə verilmişdir. Ulu öndərin hakimiyyəti dövründə tikinti-quruculuq işlərinin həcmi daha da genişlənmiş, inşaat sektorunda fəaliyyət göstərən dövlət təşkilatlarına özəl şirkətlərə maliyyə dəstəyi artırılmışdır. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə genişmiqyaslı quruculuq proqramları həyata keçirilmişdir.

Ulu öndər Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən Bakı, Sumqayıt Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı şəkildə elmi əsaslarla aparılmasına ciddi fikir verir, bu sahədə paytaxtda xeyli işlərin görüldüyünü xüsusi qeyd edirdi.

1996- ildə Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər Onun vətənə hədsiz məhəbbətini, işinə münasibətini, quruculuq yaradıcılıq həvəsini çox gözəl əks etdirir: "Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır".

1969-1982-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişaf etdirilməsi abadlaşdırılması nəticəsində onun görkəmi dəyişdi. 14 ildə yeni binalar, mədəniyyət obyektləri istifadəyə verildi, yaşayış evlərinin tikintisi geniş həcmdə həyata keçirildi. Bu illərdə tikilən çoxmənzilli binalar bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 il ərzində respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.

Görülən işlərin ulu öndərin daim diqqət mərkəzində olması bu sahənin əsas göstəricilərinin əvvəlki illərə nisbətən dəfələrlə artmasını, tikilən mühüm obyektlərin vaxtında yüksək keyfiyyətlə istifadəyə verilməsini təmin etmişdir. Onların sırasında Kür su kəmərini, "Neftçilər" "Nizami" metro stansiyalarını, Yeni Bakı Neftayırma Zavodunun emal kompleksini, Bakı Məişət Kondisionerləri Zavodunu, Qaradağ rayonunda nəhəng Dərin Özüllər Zavodunu digərlərini misal gətirmək olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkənin iqtisadi sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 18272,3 milyon manat vəsait yönəldilmişdir. Ümumi sərmayənin 50,7 faizi dövlət, 49,3 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 3,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Ötən il Bakı şəhərində Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi, İlahiyyat İnstitutunun yeni binası, 7 saylı "ASAN xidmət" mərkəzi, Bakı Metropoliteninin "Xocahəsən" stansiyası, "Xocahəsən" elektrik deposu, regionlarda isə Zəngilan Beynəlxalq Hava Limanı, Gəncə regional "ASAN xidmət" Mərkəzi, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi, Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu, "Şabran" İstirahət Kompleksi, Kəlbəcər rayonunda "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyası s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilmişdir.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanda böyük tikinti-quruculuq işləri aparılır. Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın kompleks inkişafına səbəb olmuş, tikinti işlərinin əhatə dairəsi xeyli genişlənmişdir. Bu da nəticə etibarilə, yeni yerlərinin açılmasına, məşğulluq probleminin aradan qaldırılmasına əhalinin rifahının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Bu gün isə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti işlərində Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti müasirliyi öz əksini tapır.

Genişmiqyaslı bərpa işləri yeni infrastrukturun qurulması tikinti sektorunun inkişafında yeni üfüqlər, imkanlar açır. Yerli investorların işğaldan azad olunan torpaqlara sərmayə yatırmaları üçün real şərait yaranmış, həmçinin bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə işğaldan azad olunmuş ərazilərə yeni həyat verilir.

Müşfiq MİRZƏ,

"Respublika".