“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4; 2001, № 3, maddə 141; 2007, № 12, maddə 1212; 2008, № 11, maddə 960; 2014, № 4, maddə 331; 2015, № 4, maddə 352; 2016, № 3, maddə 419; 2018, № 4, maddə 651; 2019, № 1, maddələr 36, 47, № 12, maddə 1904; 2020, № 3, maddə 227, № 5, maddə 521, № 12 (I kitab), maddə 1426; 2021, № 7, maddələr 697, 711) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 15-11.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15-11.8. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan aksizli mallar üzrə sığorta haqqı həmin mallar vergi ödəyicisi tərəfindən istehsal edildikdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə, idxal edildikdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 191.3-cü maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.”;

1.2. 16-4.4-1-ci maddədə “2022-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanunun 1.2-ci maddəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 mart 2022-ci il