Teymur Musayev: Qapalı məkanlarda maska taxmaq tövsiyyə olunur
MÜSAHİBƏLƏR

Teymur Musayev: Qapalı məkanlarda maska taxmaq tövsiyyə olunur

Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət nəzarət altındadır. Mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur.

İndi vəziyyət sabit olsa da, payıza qədər diqqətli olmaq lazımdır. Çünki pandemiya hələ də davam etdiyindən payızda havanın temperaturunun enməsi, respirator xəstəliklərin aktivləşməsi fonunda koronavirusun yeni ştamları yarana bilər.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev kütləvi informasiya vasitələri nümayəndələrinə açıqlamasında bildirib.

AZƏRTAC