Təxribatçılara sarsıdıcı zərbə
Siyasət

Təxribatçılara sarsıdıcı zərbə

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ədalətsizlik yox, siyasi əxlaqsızlıqdır. Zamanla Azərbaycan ərazisinə soxularaq özlərinə yer ediblər. Yerlərini rahat biləndə isə artıq başqa sevdalara düşüblər. Qaraçı köçünü dövlət səviyyəsinə çatdırmaq isə onların bic xislətlərinin məharətidir. Azərbaycanı özlərinə ən əlverişli məkan bilən ermənilər ərazi iddiası ilə yanaşı, dəfələrlə azərbaycanlıları yurd-yuvalarından didərgin salmaqla yerlərini daha da bərkitmişlər. Qərbi Azərbaycanda istədiklərinə nail olub, Qarabağ arzularını da reallaşdırmağa çalışmışlar.

Ermənistan 30 illik işğal dövründə Azərbaycanın böyük bir ərazisini, strateji baxımdan vacib, təbii sərvətlərlə zəngin Qarabağ bölgəsini talan edərək viran qoydu. Ötən müddət ərzində Azərbaycan tərəfi münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Qarşı tərəfi dinc şəraitdə yaşamağa dəvət etdi. Lakin Ermənistan köhnə adətlərinə uyğun olaraq işğalçılıq əməllərindən əl çəkmədi. Tamahınınxain xislətinin əsirinə çevrildi. 2020-ci il sentyabr ayının 27- yenə Ermənistan tərəfi hücuma keçdi. Artıq səbir kasası dolmuş Azərbaycan dövləti bu dəfə düşmənin layiqli cavabını verdi. 44 günlük Vətən müharibəsini Qələbəmizlə başa vurdu.

Ermənistan İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətə uğrayandan sonra öz xain əməllərindən yenə əl çəkmədi. Yeni hiylələrə əl ataraq daha bic planlar düşündü. Bölgənin sabitliyini pozmağa, gərginlik yaratmağa çalışdılar. Baş verəcək çaxnaşma fonunda isə yenə ərazi işğalı həyata keçirmək istədilər. Yeni planlar, arzular qurdular. Əlbəttə ki, törətdiyi yeni təxribatlar terror əməllərində tək hərəkət etmədilər. Onlara dəstək verən, yardım edən maraqlı tərəflər, dövlətlər oldu. Hər vəchlə Qarabağ vasitəsilə Azərbaycana müdaxilə edib, bölgədə gərginliyi saxlamağa çalışdılar. Çünki təkcə Ermənistan deyil, bir sıra dövlətlər Azərbaycanın artan nüfuzuna güclənməsinə qısqanclıqla yanaşırlar. Regionda söz sahibi olan ölkəmizi Ermənistan vasitəsilə vurmağa çalışan dövlətlər elə ermənilərə qardaş deyənlərdir. Onların da öz maraqları var. Ermənistan kimi cılız gücsüz dövlət sadəcə onların əllərində alət sərfəli vasitədir.

Ermənistan isə kölgəsində yaşadığı dövlətlərin yalançı vədlərinə inanaraq Qarabağ arzusu ilə planlar cızmağa başladı. Azərbaycanın gücü qarşısında aciz olduqlarını gördükdə isə yeni yollar axtardılar. "Laçın dəhlizi" alternativ olaraq çəkilən Xankəndi-Gorus yolunu "həyat yolu" adlandırdılar. Bu da işə yaramayanda Qarabağın dağlıq hissələrində gizlin torpaq yollar çəkməyə başladılar. Ermənilər qanunsuz şəkildə döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis xüsusi texnikanın vasitəsilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsini həyata keçirmişlər. Bu yolla da qeyri-qanuni erməni silahlı dəstələri silah-sursat, mina digər hərbi təyinatlı vasitələrin daşınmasını intensiv şəkildə həyata keçirirdilər. Bic xislətli ermənilər sadalanan işləri ərazinin coğrafi relyefini nəzərə alaraq, gecə vaxtı, dumanlı havada edirmişlər. Dəfələrlə Azərbaycan tərəfi ermənilərin qanunsuz əməllərinə son qoymasını çağırış etsə , qarşı tərəf buna məhəl qoymamışfəaliyyətini davam etdirmişdir.

Azərbaycan Ordusu Qarabağda keçirdiyi son əməliyyatda erməni terror dəstələrinin silah-sursat daşıdığı yolu tam nəzarətə götürüb. Nəticədə, silahlı erməni dəstələrinin Ermənistan istiqamətindən Qarabağa bütün müdaxilələrinin qarşısı alınıb. Yollara nəzarət tamamilə Azərbaycanın tərəfinə keçib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında qeyd olunur: "Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollardan qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib". Artıq Ermənistan Qarabağın dağlıq hissəsinə gizli yolla hərbi yüklərin daşınmasını dayandırıb. Maraqlıdır, ötən üç ilə yaxın bir müddətdə bölgəyə nəzarət edən Rusiya sülhməramlıları nəyə hara nəzarət edirmiş? yaxud da Ermənistan hansı əsaslarla əraziyə silah-sursat daşımaq cəsarətini tapmışdır? Görünən odur ki, yaranan suallara cavablar tapıldıqca, Rusiya sülhməramlıları da dalana sıxışır. Hətta son əməliyyatdan sonra Azərbaycan Ordusunun Xankəndi-Xəlfəli-Turşsu yoluna nəzarəti bərpa etməsi Rusiyanı da çıxılmaz vəziyyətə salıb. Çünki  Ermənistanın Rusiya sülhməramlıları ilə birgə planlaşdırdığı məqsədləri bir-bir puç olur. Azərbaycan Ordusunun mətin addımları hər iki tərəfin planlarını pozaraq, onlara sarsıdıcı zərbə olmuşdur.

R.YAQUBQIZI,

"Respublika".