Tərtər: TORPAQLARIMIZIN İŞĞALDAN AZAD OLUNMASI MELİORATORLARI DA ÇOX SEVİNDİRİR
Region

Tərtər: TORPAQLARIMIZIN İŞĞALDAN AZAD OLUNMASI MELİORATORLARI DA ÇOX SEVİNDİRİR

30 ilə yaxındır Tərtər, eləcə ətraf rayonlar təkcə atəşkəsin pozulması ilə deyil, düşmənin daha iyrənc təxribatları ilə üzləşmişlər. Mənfur ermənilər doğma torpaqlarımızda saysız-hesabsız ekoloji cinayətlər törətmişlər.

Əsrlər boyu insanların istifadə etdikləri çayların qarşısını kəsməklə bir çox problemlər yaşatmışlar. Ancaq 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmən üzərində şanlı qələbəsi bu təlatümlü anlara son qoydu. İndi bölgədə həyat öz axarı ilə davam edir.

Tərtər Rayon Suvarma Sistemləri İdarəsinin rəisi bu sözləri böyük fəxarətlə söylədi. Zahid İbrahimov uzun illərdir ki, meliorasiya sahəsində çalışır. Onun üçün ən çətin anların torpaqlarımızın işğal altında qaldığı zamanlar olduğunu vurğuladı. Belə ki, hər il bitkilərin suvarma suyuna ehtiyac olduğu vaxt Tərtərçaya su buraxmırdılar. Soysuz ermənilər elə bir sistem qurmuşdular ki, suya ehtiyac olmadığı vaxt gecə saatlarında 4-5 saat su buraxırdılar. Lakin Suqovuşanın azad olunmasından sonra vəziyyət tamamilə dəyişmişdir. Hazırda Suqovuşandan gecə-gündüz, müntəzəm gələn su demək olar ki, suvarmada mövcud olan problemlərə son qoymuşdur.

İdarə rəisi bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Suqovuşanın işğaldan azad etməsi ilə regiona yeni həyat bəxş olunmuşdur. İndi su kanallarında Suqovuşandan gələn suyu görmək melioratorların hədsiz sevincinə səbəb olmuşdur. İdarə rəisi bildirdi ki, Prezident cənab İlham Əliyev 31 may 2021-ci il tarixli Ağdam Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalamışdır.

Sərəncama görə Tərtərdə 25950 nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsinin hər birində 1 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Yeni quyuların istismara verilməsi ilə suvarma suyuna olan tələbat daha da yaxşılaşacaqdır. Melioratorlar bu sərəncamı dövlət başçısının tərtərlilərə göstərdiyi yüksək qayğının bariz nümunəsi kimi qiymətləndirirlər.

Tərtər melioratorları bütün bunlarla yanaşı, digər mənbələrdən gələn suların da sahələrə itkisiz tez çatdırılması üçün plana uyğun olaraq bir sıra meliorativ tədbirlər həyata keçirirlər. Cari ildə idarə təsərrüfatlararası təsərrüfatdaxili kanallarda 92 min kubmetr lildən kol-kosdan təmizləmə işləri aparmışdır.

Daşarx beton kanalında sututumunun artırılması üçün kanalın 350 metr hissəsində yan bortun 60 santimetr hündürlüyə qaldırılmasını təmin etmişlər. Hacıqərvənd arxında 3 ədəd hidrotexniki qurğu təmir olunaraq nizam vəziyyətə salınmışdır. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Bəyimsarov kəndindəki nasos stansiyasının cari təmir işləri aparılmışdır.

İdarə cari ildə rayonun 41704 hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Tərtər ötən illərdə strateji məhsul olan pambıq istehsalında respublika üzrə yüksək məhsuldarlıq əldə etmişdir.

İndiyədək 3171 hektar pambıq sahəsində torpaqlar arat suyu ilə təmin olunmuş, 446 hektar sahə isə səpindən sonra suvarılmışdır. Bundan başqa, 113 hektar şəkər çuğunduruna, 1096 hektar günəbaxana arat suyu 35 hektara birinci su verilmişdir.

Habelə, 3685 hektar yem bitkiləri birinci ikinci su ilə, 791 hektar tərəvəz bostan bitkiləri su ilə təmin olunmuşdur. Eyni zamanda dənli bitkilərin 8072 hektarı birinci su, 8790 hektarı ikinci su, 3592 hektarı üçüncü su ilə təmin olunmuşdur.

Çoxillik bitkilər 1444 hektar birinci su, 27 hektar ikinci su ilə təmin olunmuşdur. 2189 hektar həyətyanı sahələrə su verilmişdir.

Tərtərdə meliorativ tədbirlər uğurla davam etdirilir.

Vəli VƏLİYEV,

Respublika”.