TERROR SİYASİ MƏQSƏDLƏRƏ ÇATMAQ ÜÇÜN VASİTƏYƏ ÇEVRİLƏNDƏ
Siyasət

TERROR SİYASİ MƏQSƏDLƏRƏ ÇATMAQ ÜÇÜN VASİTƏYƏ ÇEVRİLƏNDƏ

Antiinsani fəaliyyətdən çəkinməyənlər təkcə region deyil, bütün dünya üçün ciddi təhlükədir

Beynəlxalq münasibətlər dövlətlərin xarici arenada ümumi maraqlarının və fikir ayrılıqlarının ifadəsi baxımından mürəkkəb qarşılıqlı əlaqədir.

Normal dövlətlər beynəlxalq qanunlara, həm də "uzaq qohumdansa, yaxın qonşu yaxşıdır" prinsipinə əməl edərək, ilk növbədə ətraf ölkələrlə yaxşı münasibətlər qurmağa çalışır. Axı, mehriban qonşuluq bir ölkənin, ən yaxşı halda isə müəyyən coğrafi ərazidə yerləşən bir qrup dövlətin dinc və uğurlu inkişafının açarıdır. Məsələn, ən azı Skandinaviya və ya Baltikyanı ölkələri götürək.  Təxminən 30 il əvvəl biz Baltikyanı ölkələrlə eyni dövlətin tərkibində idik. Lakin Cənubi Qafqaz ölkələrindən fərqli olaraq, inkişaf etdilər və bu gün Aİ və NATO kimi dünyanın aparıcı assosiasiyalarının tamhüquqlu üzvləridir.

Coğrafi baxımdan münbit, lakin siyasi baxımdan olduqca mürəkkəb, həm də yumşaq desək, o qədər də əlverişli olmayan bir regionda yerləşən Azərbaycanın qonşuluq münasibətləri uğurlu deyil. Söhbət, əlbəttə ki,  qonşumuz Ermənistan və İrandan gedir.

Məlum olduğu kimi, bu iki ölkə Azərbaycanla bağlı öz məqsədlərinə çatmaq üçün vasitələr seçərkən ən çirkin üsullar - yalan, böhtan, hədə-qorxu, terrordan çəkinmir. Əgər əvvəllər Azərbaycan yalnız erməni terroru ilə üz-üzə idisə, indi İran da 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə bir nəfərin ölümü, iki əməkdaşın yaralanması ilə nəticələnən hücum həyata keçirərək bu məsələdə də özünü "fərqləndirib".

Sirr deyil ki, İranın xarici dövlətlərin səfirliklərinə hücum təcrübəsi kifayət qədər "zəngindir".  1829-cu ildə Rusiyanın İrandakı səfirliyinin dağıdılmasından və rus klassiki, XIX əsr ədəbiyyatının nümayəndəsi Aleksandr Qriboyedov adlı səfirin öldürülməsindən başlayaraq, tarixdə belə hallar çox olub. Bundan başqa, artıq yaxın tarixdə mollaların gücü və onların təklifi ilə ABŞ səfirliyi zəbt edilib (1979), Böyük Britaniyanın (2011) və Səudiyyə Ərəbistanının (2016) diplomatik nümayəndəliklərinə hücumlar həyata keçirilib. Azərbaycanın diplomatik missiyasına qarşı terroru da mollakratik rejim törədib.

Azərbaycanda erməni terrorizmi çoxdan məlumdur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən minlərlə azərbaycanlı onun qurbanına çevrilib və o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri qətlə yetirilib. Ermənistanın bu günə qədər davam etdirdiyi mina terroru dinc azərbaycanlıların həyatına son qoymaqda davam edir. Təkcə 2020-ci il noyabrın 10-dan, yəni İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra 282 nəfər erməni minalarının qurbanı olub, onlardan 46 nəfər ölüb, 236 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, İrandan fərqli olaraq Ermənistanda dövlət səviyyəsində terrorçuların şərəfləndirilməsi və terrorizmin təşviqi ölkə müstəqillik əldə etdikdən sonra başlayıb. Və bundan əvvəlki dövrdə, Ermənistan SSRİ-nin tərkibində olarkən 10-dan çox erməni təşkilatı terror aktlarının təşkili və törədilməsi funksiyalarını yerinə yetirirdi ki, onlardan ən məşhuru ASALA idi. Ötən əsrin 70-ci illərindən indiyədək bu təşkilat dünyanın müxtəlif ölkələrində 30-dan çox türk diplomatı və onların yaxınlarının həyatına son qoyub.

Deməli, gördüyünüz kimi, fars və erməni şovinistlərinə, faşistlərinə xas olan ikiüzlülük, hiylə və xəyanət, məsələlərin terrorçu üsullarla həllinə meyil kimi bir sıra "fəzilətlər" İranla Ermənistan arasında qohumluq əlaqələrinin daha bir təsdiqidir. Bu ölkələrdə terror dövlət siyasəti səviyyəsinə qaldırılır və həm xarici, həm də daxili siyasi problemlərin həlli üçün alət kimi istifadə olunur. Molla rejiminin son günlər bütün ölkəni bürümüş, sosial ədalətsizliyə qarşı ayağa qalxan etiraz aksiyalarının iştirakçılarına qarşı hansı üsullarla "mübarizə apardığını" xatırlatmaq kifayətdir. Lakin İran hökuməti mollakratiya dövründə yığılıb qalmış daxili problemləri həll etmək əvəzinə, başqa ölkələrə və bölgələrə əngəllər yaradır, İslam İnqilabı Keşikçiləri Korpusunun (ABŞ-da artıq terror təşkilatı kimi tanınıb) beynəlxalq terroru səxavətlə maliyyələşdirir. Bu da öz növbəsində, Hizbullah, Həmas və bir çox başqa terror qruplaşmalarını da dəstəkləmək deməkdir.

Ermənistan müstəqil dövlət statusunda mövcud olduğu qısa müddət ərzində daxili siyasi mübarizədə terrordan ən azı iki əsas üsuldan istifadə edilib. 1999-cu ildə baş nazir, spiker və parlamentin iki vitse-spikeri də daxil olmaqla 8 nəfər güllələnib, 2016-cı ildə Sasna Tsrer işi - vətəndaş müharibəsi başlamaq üçün patrul alayının ələ keçirilməsi nəticəsində 3 nəfər həlak olub, 26 polis yaralanıb, çoxlu sayda polis və həkim girov götürülüb.

Bu ölkədə terrorçu Monte Melkonyan bu gün dövlət səviyyəsində dəyərləndirilir, küçələrə, məktəblərə, kolleclərə və s. onun adı verilir. Ölkədə onunla yanaşı, Birinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin kütləvi şəkildə məhv edilməsində fərqlənmiş Vazgen Sislyan, Hrant Markaryan və s. kimi digər "qəhrəmanları" da hörmətə mindirirlər. Tamamilə aydındır ki, faşist təbliğatı ilə zəhərlənən ermənilər hələ uzun müddət Azərbaycan xalqına qarşı düşmənçiliklərini davam etdirəcəklər.

Belə bir qonşuluq faktorunu nəzərə alaraq, Azərbaycan rəsmi səviyyədə özünü "qardaş" kimi sırıyan İrandan və açıq şəkildə düşmənçilik edən Ermənistandan istənilən "sürpriz"lərə hazırdır. Ermənistanla mümkün sülh müqaviləsinin imzalanması onların bu yoldan çəkiləcəyinə heç də zəmanət vermir. Məhz buna görə də Azərbaycan daim ordunun döyüş hazırlığını artırır, hərbi cəhətdən gücləndirir. Bunun üçün isə bütün imkanlar, eləcə də qardaş Türkiyənin simasında güclü müttəfiq amili var.

Emin QASIMOV,

"Respublika".