Təmizlik aksiyası
Ekologiya

Təmizlik aksiyası

3 iyun tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ölkə ərazisindəki çayların sahilində növbəti ümumrespublika təmizlik aksiyası çərçivəsində Kür çayı sahilində təmizlik aksiyası keçirilib. Aksiyada toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə Tullantılar Poliqonuna təhvil verilib. Salyan RİH-ndən verilən məlumatda bildirilir ki, bu istiqamətdə tədbirlər Kür çayının sahilboyu yaşayış ərazilərində məskunlaşan əhali üçün mütəmadi olaraq davam etdiriləcək.

“Respublika”.