Təmizləyici qurğu inşa edilib
Region

Təmizləyici qurğu inşa edilib

Son illər bölgələrdə icra olunan su kanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınıb.

"Azərsu" ASC-nin sifarişi ilə icra olunan layihələrə uyğun olaraq Qobustan şəhərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. 68 kilometrlik içməli su şəbəkəsi yaradılıb, 1900 ünvana birləşmə verilib, bütün abunəçilər sayğacla təmin edilib. Bütün şəhər əhalisi yeni şəbəkə vasitəsilə keyfiyyətli dayanıqlı su ilə təmin olunur. Layihə çərçivəsində Qobustan şəhəri ilə yanaşı, rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd, Cəmcəmli, Ərəbqədim Göydərə kəndlərinə suyun verilməsi təmin edilib.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, ekoloji sabitliyin qorunması ətraf mühitin mühafizəsi üçün Qobustan şəhərində həyata keçirilən zəruri tədbirlərə uyğun olaraq tullantı sularının optimal idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Layihəyə əsasən şəhərdə ilk dəfə kanalizasiya şəbəkəsi yaradılıb, 42 kilometr kanalizasiya xətti 1160 baxış quyusu inşa edilib, hər bir evə birləşmə verilib. Şəhərdə yaranan tullantı sularının toplanıb təmizləyici qurğuya ötürülməsi üçün 7 kilometrlik kanalizasiya kollektoru tikilib. Tullantı sularının zərərsizləşdirilməsi üçün məhsuldarlığı sutkada 2500 kubmetr olan təmizləyici qurğu inşa edilib.

M.QULUYEV,

"Respublika".