“Təmir-Tikinti N.H.” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ilin yekunlarına dair İLLİK HESABATI
Digər xəbərlər

“Təmir-Tikinti N.H.” Açıq Səhmdar Cəmiyyətinin 2020-ci ilin yekunlarına dair İLLİK HESABATI

2.1.1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi - “Təmir-Tikinti N.H.” Açıq Səhmdar Cəmiyyəti. VÖEN 1700237741. Səhm buraxılışının dövlət buraxılış qeydiyyat tarixi 06.07.2001-ci il və nömrəsi - 1010203K.

2.1.2 Emitentin hüquqi ünvanı və olduğu yer - “Təmir-Tikinti N.H.” ASC , Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə, 48 ünvanda yerləşir.

2.1.3. Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitentin hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları - cəmiyyətin firma adında və təşkilati-hüquqi formasında heç bir dəyişiklik  olmamışdır.

2.1.4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar -yoxdur.

2.1.5. Emitentin hesabat ili ərzində yaranmış və ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti - yoxdur.

2.1.6. Emitentin şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emintent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı - yoxdur.

2.1.7. Emitentin məşğul olduğu sahə - icarədən xidmət.

2.1.8. Emitentin lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri - yoxdur.

2.1.9. Emitentin təklif etdiyi məhsullar və xidmətlər - icarə sahələri.

2.1.10. Emitentin işçilərinin sayı və onun rüblük dinamikası - 7 nəfər.

2.1.11. Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı,soyadı,atasının adı - Direktorlar Şurası (Müşahidə Şurası) sədri Əliyev Ümid Famil oğlu, Direktorlar Şurası (Müşahidə Şurasının) üzvləri Soltanov Tahir Ağahüseyn oğlu və Şəfiyev Knyaz Fəxrəddin oğlu. İcra orqanı İdarə heyətinin sədri Nəsirov Hüseyn Əmirhüseyn oğlu. Audit komitəsi yoxdur.

2.1.12. Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayrılıqda sayı - cəmiyyətin 295 səhmdarı vardır - fiziki şəxs.

2.1.13. Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı - nizamnamə kapitalının beş faiz və daha artıq səhmlərə malik olan iki fiziki şəxs vardır:-

1) Nəsirov Hüseyn Əmirhüseyn oğlu - 29892 səhm, 18,99%

2) Nəsirova Sevil Məcid qızı - 108109 səhm, 68,69%

2.1.14. Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər - yoxdur.

2.1.15. Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat- səhmdar cəmiyyətin səhmdarlarının hesabat ili ərzində bir ümumi yığıncağı keçirilmişdir.

2.1.15.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvanı) - Yığıncaq 30 iyun 2021-ci il tarixində zoom tətbiqi vasitəsiylə online keçirilmişdir.

2.1.15.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar - ümumi yığıncaqda cəmiyyətə hesabat dövründəki fəaliyyətinə qənaətbəxş qiymət verilməsi qərara alındı və zərərin səhmdarların hesabına ödənilmədən cəmiyyətin gələcək ilinin mənfəətinə aid edilməsi qərara alındı.

2.1.16. Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızlarının hər buraxılışı ayrı-ayrılıqda göstərilir) - 157375 adlı adi səhm.

2.1.16.1. İnvestisiya qiymətli kağızının növü və forması - adi adlı səhm, sənədsiz

2.1.16.2. İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi - 1010203K, qeydiyyat tarixi 06.07.2001-ci il.

2.1.16.3. İnvestisiya qiymətli kağızlarının miqdarı və nominal dəyəri - 157375 adlı adi səhm və nominal dəyəri - 2.00 manat.

2.1.16.4. İnvestisiya qiymətli kağızlarının buraxılışının məcmu nominal dəyəri - 314750,00 manat.

2.1.16.5. Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərinin məbləği göstərilir) - Səhmdarlara divident ödənilməmişdir.

2.1.16.6. Faizli istiqrazlar buraxılışı haqqında məlumatda-istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi - yoxdur.

2.1.16.7. İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda) - yoxdur.

2.1.17. Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumat - yoxdur.

2.1.17.1. Əqdin məbləği - yoxdur.

2.1.17.2. Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi - yoxdur.

2.1.18. Emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər - yoxdur.

2.1.18.1. Bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği - yoxdur.

2.1.18.2. Aidiyyəti şəxs barədə məlumat və emitent aidiyyət əlaqəsi - yoxdur.

2.1.19. İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi - 30 iyun 2021-ci il.

2.1.20. Hesabatın açıqlanma mənbəyi haqqında məlumat - “Respublika” qəzetində dərc ediləcək.

İdarə heyətinin sədri:- Nəsirov H.Ə.

Baş mühasib:-  Paşayev Ə.Q.