Təmir işləri aparan zaman bir nəfər şəxsin minaya düşməsi əsasında araşdırma aparılır
Digər xəbərlər

Təmir işləri aparan zaman bir nəfər şəxsin minaya düşməsi əsasında araşdırma aparılır

Sentyabrın 21-də saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Ağdam Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

AZƏRTAC