Televiziya tamaşaçılarını öz cazibəsində saxlamaqdadır
Digər xəbərlər

Televiziya tamaşaçılarını öz cazibəsində saxlamaqdadır

1956- il 14 fevral. Azərbaycan Televiziyasının ilk dəfə yayıma başladığı gün. Bəli, düz 67 il əvvəl çoxlarının sehrli qutu adlandırdığı televizor məişətimizə daxil oldu, evlərimizin qonağına çevrildi. Ötən illərdə böyük inkişaf yolu keçən milli televiziyamız maraqlı, rəngarəng verilişləri ilə özünə geniş tamaşaçı auditoriyası qazanmışdı. Uşaqdan-böyüyə, cavandan-yaşlıya, sadə insandan elm adamlarınadək hər kəsin öz sevimli verilişi vardı bu teleməkanda. O verilişləri araya-ərsəyə gətirmək, mütəmadi şəkildə efirə çıxmaq, tamaşaçıların tələbatını ödəmək üçünsə texniki işçidən tutmuş, yaradıcı heyətə qədər hər kəsdən böyük məsuliyyət, hazırlıq, peşəkarlıq tələb olunurdu. Bu mənada hər gün müəyyən olunmuş saatlarda yayımlanan xəbərlər proqramını hazırlayanların məsuliyyət yükü daha çox idi. Arxada qoyduğumuz bu 67 ilin içində Azərbaycan Televiziyasının "Günün ekranı" xəbərlər proqramında çalışdığım (kənar müəllif kimi) illərdə buna daha çox əmin olmuşam...

Yunanca "tele" - uzaqlıq, latınca "vizor" - görmə mənası verən sözlərdən yaranan televizorun ixtirası XX əsrin 20-30-cu illərinə təsadüf edir, ilk televiziya verilişi isə 1936- ildə Londonda olmuşdur.

Bakı şəhərində 180 metrlik ilk televiziya qülləsi 1956- ildə qurulub. 1956- il fevralın 14- ilk dəfə TV verici vasitəsilə -qara təsvirdə AzTV1 proqramı efirə çıxıb. 1957-ci il iyunun 28- ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib. 1961-ci ildə Gəncə, Göyçay Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR- kiçik güclü TV stansiya studiya qurulub. 1967-ci ildən isə -qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub. 1997-ci ildə I Respublika Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayıma başlayıb. Hazırda respublika ərazisində 100-dən çox radio-televiziya yayım stansiyasında istismar olunan 126 radioverici vasitəsilə 13 ümumrespublika radio proqramı FM diapazonunda yayımlanır.

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub IPTV kontentin provayderlərə ötürülməsi təmin edilib. Digər televiziya yayım vasitələrindən fərqli olaraq IPTV proqram sayına məhdudiyyət yoxdur, yəni müştəriyə yüzlərlə kanalı izləmək imkanı yaradılıb. Həmin ildə "Azərbaycan" "İctimai" radioları, eləcə "İctimai" televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib. 2016- il dekabrın 20- isə rəqəmli TV yayımına keçid tam başa çatdırılıb.

2016- ildə Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub. "Teleradio" İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq Bakı şəhəri Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb.

Bu gün Azərbaycan Televiziya Radio Verilişləri QSC-nin nəzdində iki müstəqil kanal - "İdman Azərbaycan", "Mədəniyyət" kanalları fəaliyyət göstərir bu kanallar tamaşaçılar tərəfindən maraqla izlənilir. Artıq "ATV", "İTV", "Xəzər", "Space", "ARB", "CBS-sport", "Real TV" televiziya kanallarının da öz tamaşaçıları formalaşıb. Gəncə, Zaqatala, Sumqayıt, Quba, Mingəçevir, Tovuz, Şəki, Yevlax, Xaçmaz cənub bölgələrində fəaliyyət göstərən televiziya kanalları öz işlərini dünya standartları səviyyəsində qurmağa çalışırlar. Naxçıvan Muxtar Respublikasında Dövlət Televiziya Radio Verilişləri Komitəsi fəaliyyət göstərir. Xarici ölkələrdə azərbaycandilli televiziya kanalları mövcuddur. ABŞ-da "Günaz", Kanadada "AzCan", Rusiyada "İnterAz" TV-ləri öz imkanlarından istifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mədəniyyətimizin tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.

Maddi-texniki bazası xeyli dərəcədə dəyişdirilib modernləşdirilən AzTV-nin mövzu dairəsi kifayət qədər geniş, rəngarəngdir. "Xəbərlər", "Günün nəbzi", "Həftə", "Parlament həftəsi", "Əsas məsələ", "Şəxsən siz", "Unudulmayanlar", "Ədəbi abidələr", "Azərbaycan Respublikasına xidmət edirəm", "Yada düşər xatirələr" s. verilişlərdə həyatımızın müxtəlif sahələri işıqlandırılır.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin iştirakı, eləcə AzTV-nin təşkilatçılığı ilə Bakıda keçirilən muğam televiziya müsabiqələri muğamsevərlərin qəlbini oxşayır. Bu müsabiqələr təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da böyük tamaşaçı marağına səbəb olub. Sevindirici haldır ki, builki muğam müsabiqəsinin yekun konserti Qarabağda keçirildi.

2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımının Şuşa, Xankəndi şəhərləri Xocalı, Ağdam, Bərdə rayonları, eləcə ətraf yaşayış məntəqələrində bərpa edilməsi qürurvericidir. Artıq Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib, bununla da şəhərdə ətraf 15 kənddə 8 TV 1 radionun yayımı təmin olunub. Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən Mincivan Radio-Televiziya Yayım Stansiyasının mövcud 30 metrlik qülləsindən istifadə olunmaqla 8 TV 2 radio proqramının Zəngilan şəhəri Zəngilan rayonunun 10-dan artıq kəndində yayımı təmin edilib. Həmçinin, işğaldan azad edilmiş digər rayonlarda da radio televiziya yayımlarının bərpası istiqamətində işlər davam etdirilir.

Beləliklə, son olaraq demək olar ki, hər gün milyonlarla insan radio televiziya kanallarının köməyi ilə dünyanın müxtəlif yerlərində baş vermiş mühüm hadisələrdən, yeniliklərdən xəbər tutur. Bu gün informasiya mənbələrinin çoxluğu fonunda isə radio televiziya tamaşaçılarını öz cazibəsində saxlamağa çalışır. Bu işdə həmkarlarımıza uğurlar arzulayır, televiziya işçilərinə mavi ekranlarının həmişə şəffaf, aydın görüntülü olmasını diləyirik...

Zümrüd QURBANQIZI,

"Respublika".