Tələbə adını qazananlar
Region

Tələbə adını qazananlar

Rayon icra hakimiyyətinin konfrans zalında ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında Kürdəmir rayonu üzrə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib.

Görüşdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini müvəqqəti icra edən, başçının müavini Ağali Kərimli, rayon Təhsil Şöbəsinin müdiri Rəfail Məmmədov, məzunlar və onların müəllimləri iştirak ediblər.

Görüşdə çıxış edən Ağali Kərimli, Vəsilə Əsgərli və Rəfail Məmmədov ölkə başçısı tərəfindən təhsilə ayrılan diqqətdən, rayon əhalisinin təhsilə böyük önəm verməsindən, rayon məzunlarının uğurlarından söz açıb, onları bir daha təbrik edərək uğurlar arzulayıblar. Məzunlar da öz növbəsində göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər. Sonda məzunlara Fəxri fərman və mükafatlar təqdim edilib.

Qeyd edək ki, rayonda ötən tədris ili üzrə 5 nəfər 600-dən yuxarı bal toplayıb.

Tofiq HÜSEYN,

“Respublika”.