Təhsildə 125 illik tarixi ənənə
Region

Təhsildə 125 illik tarixi ənənə

Rəşid bəy Əfəndiyev adına Şəki şəhər 10 saylı tam orta məktəbinin əsası 1898-ci ildə 2-3 sinifli rus-tatar məktəbi kimi qoyulmuşdur. Azərbaycanın elm, təhsil mədəniyyət mərkəzlərindən biri olan Nuxada yaradılan bu məktəbin məqsədi yerlərdə ibtidai savadı rus dilini yaymaq idi. Əvvəlcə məktəbin tədris planına şəriət, qiraət, hüsnxət, hesab, rus dili Azərbaycan dili daxil idi. Məktəbin bazasında 1920-ci ildə yeni tipli məktəb yaradılmış ilk buraxılışı 1926- ildə olmuşdur. İndiki əsas tədris binası isə 1937-ci ildə inşa olunmuş ona orta məktəb statusu verilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2006- ildə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində şagirdlər üçün 240 yerlik əlavə tədris binası tikilib istifadəyə verilmişdir. Bir il sonra isə məktəbin digər 2 tədris binası da dövlət vəsaiti hesabına əsaslı təmir olunmuş, istilik sistemi zəruri avadanlıqlarla təchiz edilmişdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov bildirdi ki, 125 illik tarixi dövründə məktəbi müxtəlif illərdə bitirən məzunların arasında görkəmli ziyalılar, alimlər, yazıçılar, şairlər, ictimai-siyasi xadimlər olub bu uğurlu ənənə bu gün davam etməkdədir. Konkret olaraq bir neçə fakta toxunmaq istərdim. Belə ki, məktəbin ingilis dili müəllimləri Turan Kərimova Cambridge Assessment English tərəfindən TKT modul 1 sertifikatı qazanmış, Xatirə Əliyeva eTwinning Plas (eTwinning Plus) layihəsi üzrə təhsildə "İKT" mövzusunda Kontakt seminarda müvəffəqiyyətlə iştirak edərək, beynəlxalq əlaqələrin şagirdlərimiz arasında möhkəmlənməsinə xidmət etmişdir.

Qeyd olundu ki, "Məktəb televiziyası - MTV10" layihəsi çərçivəsində Böyük Britaniya, Latviya, Çin Xalq Respublikası, Rusiya uşaq-gənclər media qurumları ilə sıx əməkdaşlıq davam edir.

Qədim tarixə malik olan həmişəcavan məktəbimiz 2011-2012-ci tədris ilində keçirilmiş "50 ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli Sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsində şagirdlərimiz son illər mütəmadi olaraq iştirak edərək bir neçə dəfə respublika turunun qalibləri olmuşlar. Onların yazdıqları inşalar "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabına daxil edilmişdir.

Şagirdlərdən 11 nəfəri müxtəlif illərdə Amerika Beynəlxalq Təhsil Şurasının (ACCELS) FLEX proqramı çərçivəsində keçirdiyi müsabiqədə qalib gələrək 1 il müddətində ABŞ-da yaşamaq təhsil almaq hüququ qazanmışdır. Bir qrup şagird Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA-CEELİ) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi "Onlayn Canlı Hüquq" "Canlı Hüquq-Yay Məktəbi" proqramlarında uğurla iştirak etmiş, müvafiq sertifikatlar almışdır.

Məktəbimizin məzunları müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüşlər.

Şagirdlər vaxtaşırı "? Harada? zaman?" intellektual oyununda iştirak edirlər. Bu tədris ilində respublika çempionatının Final mərhələsində uğurlu iştirakına görə Elm Təhsil naziri Emin Əmrullayev tərəfindən Diplomla təltif olunmuşlar.

M.Məmmədov söhbətimizin sonunda bildirdi ki, təhsil sistemində bu gün tətbiq olunan bütün yeniliklər məktəbimiz üçün məqbuldur biz gündəlik fəaliyyətimizdə bu innovasiyaları həyata keçirməyə, tarixi ənənələri olan bu qədim tədris ocağının uğurlarının ilbəil daha da artmasına 125 illik tarixi ənənəni inkişaf etdirməyə çalışırıq.

M.NƏRİMANOĞLU,

"Respublika".