Təhsil naziri rektorlarla onlayn görüş keçirib
Elm və təhsil

Təhsil naziri rektorlarla onlayn görüş keçirib

Sentyabrın 9-da təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı hazırlıq işlərinin görülməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.

AZƏRTAC