Tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib
İQTİSADİYYAT

Tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib

 Respublikada yaş barama tədarükü davam edir. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 290 ton yaş barama təhvil verilib. 10 iyun Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir.

Respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 52,865 ton yaş barama təhvil veriblər. Ağcabədi (34,287 ton), Zaqatala (24,716 ton), Balakən (22,777 ton), Bərdə (20,608 ton), Tərtər (14,034 ton), Lənkəran (9,782 ton), Füzuli (9,197 ton), Ağdam (8,69 ton), Yevlax (7,738 ton) və Sabirabad (7,705 ton) ən çox yaş barama tədarük edən rayonlardır.

Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

“Respublika”.