TƏBİB və AİB nümayəndələri arasında görüş
Səhiyyə

TƏBİB və AİB nümayəndələri arasında görüş

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Asiya İnkişaf Bankı (AİB) nümayəndələri arasında görüş keçirilib. 9 iyun TƏBİB-in məlumatında bildirilir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Ramin Ağayev, Strateji təhlil və inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, AİB-nin missiya lideri Kin V. Çan, AİB DÖST-nin (Dövlət-Özəl Sektor Tərəfdaşlığı) baş məsləhətçisi Aura Abon, beynəlxalq məsləhətçi Mark Moseley və digərləri iştirak ediblər.

İcraçı direktorun müavini Araz Nəsirov qonaqlara TƏBİB-in fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, TƏBİB xəstəxanalarda yeni maliyyələşmə metodunu tətbiq edir, tibb müəssisələrində idarəetmənin optimallaşdırılması, bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması məqsədilə xüsusi proqram həyata keçirir.

Araz Nəsirov  rəqəmsallaşdırılma istiqamətində həyata keçirilən işlərdən də danışıb.

AİB-nin Missiya lideri Kin V. Çan ölkəmizlə əlaqələrinin genişlənməsində marağını ifadə edib, birgə təşəbbüslərin və layihələrin icrasının Azərbaycanda sürətli inkişafın dəstəklənməsinə töhfə verəcəyini vurğulayıb.

“Respublika”.