“Tea Talks
Digər xəbərlər

“Tea Talks" proqramı çərçivəsində növbəti karyera səfəri Medianın İnkişafı Agentliyinə olub

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "Tea Talks" proqramı çərçivəsində növbəti karyera səfəri Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinə olub.

MEDİA-dan AZƏRTAC-a bildiriblər ki, görüş zamanı tələbələr Agentliyin rəhbəri və əməkdaşları ilə tanış olaraq, qurumun fəaliyyəti və media sahəsində həyata keçirilən islahatlar haqqında məlumat əldə ediblər. İnteraktiv formada keçirilən görüşdə tələbələrin Agentliyin layihələri və fəaliyyət istiqamətləri, eyni zamanda, media ilə bağlı digər mövzularla əlaqədar sualları cavablandırılıb.

Sonda Agentliyin icraçı direktoru Əhməd İsmayılov tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, fəal gənclərin qurumun müxtəlif layihələrində və təcrübə proqramlarında iştirakının nəzərə alınacağını deyib.

AZƏRTAC