Tbilisi şəhərinin meri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Digər xəbərlər

Tbilisi şəhərinin meri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzenin başçılıq etdiyi nümayəndə heyəti iyulun 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.  

AZƏRTAC