Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı olub
Elm və təhsil

Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı olub

Mayın 19-da Gürcüstana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində Heydər Əliyev adına auditoriyanın açılış mərasimində iştirak edib. 

Elm və təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirdə çıxış edən nazir ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bir çox sahələrdə, o cümlədən təhsil sahəsində həyata keçirilmiş islahatlar və onların nəticələri barədə danışıb, ulu öndərin azərbaycanlı gənclərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına göstərdiyi dəstəyi xüsusilə vurğulayıb və auditoriyanın açılışına verdiyi dəstəyə görə Tbilisi Dövlət Universitetinə təşəkkürünü bildirib. 

Sonra elm və təhsil naziri Emin Əmrullayev ilə Gürcüstanın təhsil və elm naziri Giorgi Amilaxvari Tbilisi şəhərində yerləşən tədris Azərbaycan dilində aparılan M.F.Axundov adına 73 nömrəli məktəbi ziyarət edib və məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər.

“Respublika”.