Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb
İQTİSADİYYAT

Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb

2 milyon 163 min tondan çox məhsul yığılıb

Bölgələrdə taxıl biçini davam edir. Artıq respublika üzrə payızlıq taxıl əkini sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2163875 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, arpa sahələrinin 88 faizində biçin tam yekunlaşıb, hazırda əsas biçin buğda sahələrində aparılır.

Taxıl biçini prosesində 1538 kombayn iştirak edir. Onlardan 645-i "Aqroservis" ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 893 kombayn cəlb edilib.

Bu günədək "Aqroservis" ASC-nin kombaynları ilə 277617 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar ilə isə 426593 hektar sahə biçilib.

AZƏRTAC