“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Qanun

“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1373; 2016, № 7, maddə 1241; 2017, № 5, maddə 717; 2018, № 1, maddə 17; 2019, № 8, maddə 1383) 8.2-ci maddəsində “orqanlarının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 15 oktyabr 2021-ci il