Tarixin qanlı faciəsi
Digər xəbərlər

Tarixin qanlı faciəsi

1918-ci il Azərbaycan xalqı üçün bir çox qürurverici anlarla yadda qalan bir zaman kəsiyi olsa da, təəssüf ki, həm özündə millətimiz üçün ümumi faciəyə çevrilmiş hadisələri ehtiva edir. Tarixin bir çox məqamlarında ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərlə qarşılaşmaq mümkündür. Belə qanlı tarixlərdən biri 1918-ci il idi. 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilən kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Quba şəhərində aşkar edilmiş məzarlıq 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri tərəfindən həyata keçirilən qırğınların coğrafiyasının daha geniş olduğunu, faciə qurbanlarının sayının daha çox olduğunu sübut edən dərin faktdır. 100 il əvvəl Qubada baş vermiş o faciəli günlərin acı xatirələri qubalıların yaddaşlarından silinməyib. Əksinə, getdikcə daha da dərinləşir.

1918-ci ilin mart soyqırımları öz qəddarlığına miqyasına görə təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən qanlı faciələrindən biridir. Ermənilər minlərlə insanı qılıncdan, süngüdən keçirərək uşaqları, qocaları, qadınları diri-diri yandırmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman vermiş 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 30 dekabr 2009-cu ildə Prezident İlham Əliyev ərazidə Soyqırımı Memorial Kompleksinin yaradılması ilə əlaqədar Sərəncam imzalamış, 18 sentyabr 2013- ildə isə ölkə başçısının iştirakı ilə Quba Soyqırımı Memorial Kompleksinin açılışı olmuşdu. Kompleksdə yaradılan muzey erməni vandalizmini, Qubada törədilən soyqırımını tarixi faktlarla əks etdirir.

Quba Soyqırımı Memorial Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzək elementindən istifadə edilməyib. 2018-ci ildə 31 Mart Soyqırımı qurbanlarının 100- ildönümü qeyd olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18- "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır. 2013- il sentyabrın 18- Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir".

Bu il 31 mart soyqırımının 105-ci ildönümüdür. Bu qətliamla bağlı dünya mediasında da bir çox məqalələr işıq üzü görüb. Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümü ilə əlaqədar Misir, Əlcəzair İraq xəbər portallarında məqalələr yayımlanıb. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin müdavimi, misirli tələbə Əsma Əhmədin qələmə aldığı məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən xalqımıza qarşı törədilən soyqırımı, deportasiya, təcavüzkar terrorçu siyasətdən bəhs edilib. Məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin " qədər çətin olsa da, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri dünya dövlətlərinə çatdırmaq lazımdır" fikrinə Prezident İlham Əliyevin 2018-ci il 18 yanvar tarixli "Azərbaycanlıların 1918-ci il soyqırımının 100 illiyi haqqında" Sərəncamından iqtibasa yer verilib. Azərbaycan xalqı hər il 31 Mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, erməni faşizminin üzünü görmək üçün bütün dünyanı bu tarixi hadisələri öyrənməyə çağırır: "Biz qardaş Azərbaycan xalqına dərin hüzn kədərlə başsağlığı veririk. Bütün dünya dövlətlərini, nüfuzlu beynəlxalq təşkilatları 1918-ci il 31 Mart soyqırımını tanımağa onu təkcə Azərbaycan xalqına deyil, bütün dünya xalqlarına qarşı ağır cinayət hesab etməyə çağırırıq", - deyə müəllif vurğulayıb.

BMT Baş Məclisinin 1946- il 11 dekabr tarixli qətnaməsində göstərilir ki, soyqırımı sülh insanlıq əleyhinə yönəlmiş əməl olmaqla, ən ağır cinayət hesab edilir. Erməni barbarları tərəfindən tarixin hər məqamında əliyalın Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə - soyqırımı faktıdır. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması cəzalandırılması haqqında" Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri soyqırımı aktıdır. Bu baxımdan 1918-ci il martın 31-i 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı törədilən qətliamları heç bir vaxt unutmamalı unutdurmamalıyıq. Gənc nəslin milli-mənəvi ruhda tərbiyəsi, onların vətənpərvərlik ruhunun artırılması dövlətimizin siyasətində başlıca prioritetlərdən biridir. Çünki istənilən ölkənin gələcəyi onun yetişməkdə olan gənclərindən asılıdır.

Nəzrin CAVADZADƏ,

"Respublika".