Tariximizin ən qiymətli daş yaddaşı
Tarix

Tariximizin ən qiymətli daş yaddaşı

Qarabağın dilbər guşəsi, muğam mərkəzi, mənəvi dəyərləri, görkəmli alimləri, qəhrəman oğulları ilə məşhur olan Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşir.

Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Aranla dağ silsilələrinin qovuşduğu məkanda yerləşən, zəngin təbii sərvətlərə malik olan rayon işğal illərində Ermənistan onun havadarları tərəfindən talan edilib. Rayonun ərazisindən Qarqar Xaçın çayları axır. Ağdam tarixi-dini, memarlıq abidələri ziyarətgahları ilə çox zəngin, qədimliyini saxlayan bir rayondur. Ağdam bir vaxtlar tarixi abidələri ilə məşhur həyat dolu bir şəhər olub. Xankəndidən 26 kilometr Bakıdan 365 kilometr məsafədə yerləşən Ağdam düşmən tərəfindən xarabalığa çevrilib. 1990- illərdə Qarabağ müharibəsində şiddətli döyüşlərin getdiyi Ağdam şəhəri onun bütün infrastrukturu erməni faşizmi tərəfindən demək olar ki, tamamilə məhv edilib. Azərbaycan Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin fədakar siyasəti nəticəsində qəhrəman silahlı qüvvələrimizin bölmələri bir güllə atmadan Ağdama daxil oldular.

Azad Qarabağın ürəyi muğam mərkəzi

sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatıb. Onların böyük əksəriyyəti düşmən tərəfindən dağıdılsa da, qalıqları uçuq divarları erməni vəhşiliyindən xəbər verir. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar müxtəlif tarixi dövrləri əks etdirən nadir mədəniyyət nümunələri düşmənin qəddarlığının qurbanı olub. Qismən salamat qalan Qutlu Musa türbəsi erməni faşistlərin vəhşiliklərinə tab gətirə bilib.

Tarixi mənbələrə görə, Qutlu Musa türbəsi 1314- ildə tikilib Sasanilər dövrünə aid edilir. Türbənin girişinin üstündəki kitabədə qeyd olunub ki, bu abidə usta Şahbənzər tərəfindən ucaldılıb. Şərq memarlığı üslubunda inşa edilən türbənin unikallığı diqqəti daha çox cəlb edir. Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən bu abidə nadir təsadüf edilən səciyyəyə malik türbədir. Qutlu Musa türbəsinin yeraltı hissənin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Arxeoloqların memarların gəldiyi qənaətə görə, abidənin istər daxili səthlərinin, istər daxilindəki günbəzin istərsə xaricindəki səthlərin işlənməsi tikiliyə təkrarolunmaz fərdi xüsusiyyət verir. Məqbərənin onikiüzlü gövdəsi üçpilləli hündür olmayan kürsülüyün üstündə yerləşir. Onun divarları mərmərə bənzəyən böyük əhəng daşlarından hörülüb. Məqbərənin günbəzi piramida şəkilli çadırdan ibarətdir.

Günbəzin yuxarı hissəsi boyunca betondan olan doldurmanın üzərinə, forma ölçüsü ilə kirəmitlərə bənzəyən daşdan damlıq plitələr düzülüb. Məqbərənin korpusunun üzlərində yuxarıları stalaktitlərlə doldurulmuş dekorativ taxçalar yerləşdirilib. Taxçaların oyuqların bir hissəsinin üzərində müxtəlif heyvanların - xallı maralı parçalayan yırtıcının, qanadlı qrifonun, öküzün, bəbirin, qaçan maralların cüyürlərin təsvirləri var. Memarlıq formalarına heyvanların təsvirlərinə görə memarlar sərdabəni Sasanilər dövrünün abidələri (224-651-ci illər) ilə əlaqələndiriblər. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində var. Azərbaycan memarlıq məktəbinin ən qədim nümunəsi olan abidənin üzərində təsvir edilən zomord həndəsi nişanlar təkrarlanmır, divarlarında əks olunan elementin müstəqil, amma konsepsiya olaraq ümumi ahəng yaratmasıdır. Ağdamın məşhur mişar daşından hazırlanan Qutlu Musa türbəsinin zahiri elementlərindən bir qismi rənglənmiş olsa da, interyeri boyasızdır. Buna baxmayaraq, türbənin daxilindəki stalaktiv tavan onun əzəmətini nümayiş etdirir.

Aran Qarabağ memarlıq məktəblərinin xüsusiyyətlərini özündə cəmləşdirən türbə XIII əsrdə Xaçın vilayətinin nüfuzlu şəxslərindən olmuş Qutlu Xacə Musa oğlunun məzarı üzərində ucaldılıb hər hansı dövrə, zamana baxmayaraq, həmişə ziyarətgaha çevrilib. Əliağalı kənd orta məktəbində oxuduğum illərdə, daha doğrusu ötən əsrin 70-ci illərində həmin türbəyə ekskursiyaya getmişik. Sonralar türbənin yaxınlığında, Xaçınçayın sağ sahilində Xaçıntürbəli kəndi salınıb. Həmin toponim sovet dövründə Xaçındərbəndli adı ilə qeydə alınıb. Xaçındərbətli kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, türbəni zədələsələr , nədənsə onu uçurtmayıblar. Çox güman ki, türbənin üzərindəki xaça bənzər fiqurlara görə onu erməniləşdirməyə cəhd ediblər. Qutlu Musa türbəsi Xocalı rayonunun ermənilər yaşayan Fərrux kəndinin düz qənşərində yerləşir. Yaxınlıqda isə Xaçınçay bəndidir. 2022-ci ilin mart ayının sonunda keçirilən xüsusi əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülən Fərrux dağı bir sıra ətraf strateji yüksəklik, Xocalı rayonunun Fərrux yaşayış məntəqəsi imkan yaratdı ki, həm Xaçınçay gölü, həm tarixi türbə təhlükələrdən xilas edilsin. Bununla da, 700 ildən çox yaşı olan təkrarolunmaz tarixi abidəyə təhlükəsiz şəraitdə yaxınlaşmaq imkanı yarandı. İşğal dövründə baxımsız qalan tarixi abidə restavrasiya dövrünü gözləyir tam əminliklə söyləmək olar ki, Qutlu Musa türbəsi Ağdamın daha bir vizit kartına, turizm marşrutu üzərindəki vacib dayanacağa çevrilə bilər. Əsrlərin sınağına tab gətirən türbə tariximizin ən qiymətli daş yaddaşıdır.

Salman ALIOĞLU,

"Respublika".