Tarixi faciəyə siyasi-hüquqi qiymət verən fərman
Tarix

Tarixi faciəyə siyasi-hüquqi qiymət verən fərman

Ulu öndərimiz Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərmanına imza atdığı vaxtdan 25 il keçir. Bu fərmanın ermənilərin onların tarixi havadarlarının yurdumuzun, yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük əhəmiyyətlidir.

"Azərbaycanlıların soyqırımı" haqqında imzalanan Prezident fərmanı tariximizin daha bir açılmamış səhifəsinə gur işıq saldı. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə xəyalən tarixə, keçmişə qayıdır, baş verənləri yenidən ağlın süzgəcindən keçiririk.

XIX-XX əsrlərdə xalqımızın başına bir sıra faciələr gətirilib. Qonşuluğumuzda bərqərar olmuş bədnam ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımı deportasiya siyasətini həyata keçiriblər. Ötən əsrin əvvəllərində, yəni 1905-1907-ci il Birinci rus inqilabının yaratdığı tarixi şəraitdən istifadə edən ermənilər qədim Azərbaycan torpaqlarında soyqırımı təmizləmə prosesinə başlayaraq qısa bir zamanda minlərlə azərbaycanlını öldürdülər, on minlərlə soydaşımızı təhqir işgəncə ilə yurd-yuvasından qovdular.

Ermənilər tərəfindən azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədilmiş - Bakı, Şamaxı, Quba qəzalarında, Zəngəzurda, Naxçıvanda, Lənkəranda digər bölgələrdə dinc əhali qılıncdan keçirilmiş, qadınlara, uşaqlara, qocalara belə rəhm edilməmişdir. Qarət zorakılıqlarla müşayiət olunan soyqırımı zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmiş, adamların burun-qulaqları kəsilmişdir. Günahsız əhali güllələnmiş, kütləvi qətllər törədilmişdir. Bu vəhşi aksiyalar zamanı Azərbaycana məxsus ərazilər zəbt edilmişdir.

Bu baxımdan, 1918-ci ilin martında "əks-inqilabçı ünsürlərlə mübarizə" şüarı altında Bakı Kommunası tərəfindən Bakı Quberniyasının azərbaycanlılardan təmizlənməsini qarşısına məqsəd qoyan mənfur planı xüsusi qeyd etmək olar. Ən dəhşətli olaylar martın 30-31-i aprel ayının ilk günlərində baş verdi. Bakıda 10 mindən artıq azərbaycanlı - qoca, uşaq, qadın öldürüldü. Həmin günlərdə yalnız azərbaycanlı olduğu üçün minlərlə gənc sakin məhv edilmişdir. Evlərə od vurulmuş, milli memarlıq inciləri, məktəb, xəstəxana, məscid digər abidələr dağıdılmış, Bakının böyük bir hissəsi xarabalığa çevrilmişdir.

Analoji hadisələr Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyanda daha ağır formada Şamaxıda təkrarlandı. Ümumilikdə, bu hadisələrdə minlərlə yurddaşımız qətlə yetirildi.

Bu qanlı siyasət Sovet hakimiyyəti illərində davam etdirildi. 1948-1953- illərdə artıq o zaman Ermənistan adlanan Qərbi Azərbaycan torpaqlarından soydaşlarımız deportasiya olundu.

"Qorbaçov yenidənqurması" adlanan dövrdə bu şərəfsiz hərəkətlər daha geniş vüsət aldı. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk gündən Moskva əl altından erməni separatçılarını dəstəkləyir, bacardığı qədər onlara kömək göstərirdi. Hadisələrin başlanğıc mərhələsində Sumqayıtda əvvəlcədən düşünülüb hazırlanmış xüsusi adamlar vasitəsilə həyata keçirilən "qırğın aksiyası" təşkil edib, onun gedişində aparılan videofoto çəkilişlərini dünyaya yayan ermənilər mənfi azərbaycanlı obrazı da formalaşdıra bilmişdir.

1988-1992-ci illərdə ermənilər ən sonuncu azərbaycanlını da öz dədə-baba yurdundan didərgin saldılar. beləliklə, ötən əsrin əvvəllərində əhalisinin 70 faizini azərbaycanlılar təşkil edən bugünkü Ermənistanda bir nəfər olsun soydaşımız qalmadı.

Yalan iftira dolu təbliğatın qarşısı 1993- ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra alındı. Hazırda bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Elə ona görədir ki, indi Azərbaycan hər səviyyədə ermənilərin iftira böhtanlarına kəsərli cavab verib, onların məxsus olduğu əsl murdar xisləti dünya ictimaiyyətinə çatdıra bilir. Düşmən artıq öz fitnə dolu planlarını həyata keçirməkdə çox çətinlik çəkir. Çünki dünya artıq ermənilərin yalanlarına uymur. Kimin kim olduğunu yavaş-yavaş anlamağa başlayır. Bu gün Azərbaycan da dəyişib əvvəlki yarıdağılmış, iqtisadiyyatı böhran içində boğulan ölkə deyil. Müasir Azərbaycan dinamik inkişafda olan, sürətlə qabaqcıl ölkələr sırasına inteqrasiya edən bir dövlətdir.

İndi Azərbaycan hər sahədə ermənilərin iftira böhtanlarına kəsərli cavab verib, onların qaniçən arzularını ürəyində qoya bilir. Elə bu amillərdir ki, ötən ilin sentyabrın 27- Ermənistanın təxribatlarına cavab olaraq şanlı ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində otuz ilə yaxın müddətdə işğalda olan torpaqlarımız azad edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin əsgər zabit heyəti böyük şücaətlər göstərərək düşmən ordusunu darmadağın etdi erməniləri biabırçı kapitulyasiya bəyanatına imza atmağa vadar etdi. Bu gün Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü tam təmin edib. Buna bizim həm mənəvi, həm hüquqi haqqımız var idi. Axı, bu torpaqlar tarix boyu bizim dədə-babalarımızın yurd-obası olub. Ulu öndər Heydər Əliyev təbiri ilə desək, "Tarixi dəyişmək qeyri-mümkündür. Əsrlər boyu Qarabağ Azərbaycanın olub Azərbaycanın da olacaq".

Müasir mərhələdə azərbaycanlıların soyqırımı ilə bağlı baş vermiş hadisələri nəzərdən keçirərkən aydın görünür ki, xalqımız Sovet hakimiyyəti illərində beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan ermənilərə qarşı kin-küdurəti, ədavəti yaddan çıxarmış, dəhşətli faciələr unudulmuşdur. Xalqımızın yaddaşından olmuşları silmək üçün hazırda Şəhidlər Xiyabanı adlanan ərazidə, 1918-ci ildə erməni bolşeviklərin qırdığı azərbaycanlıların uyuduğu Çəmbərəkənd qəbiristanlığının yerində böyük bir park salınmışdır. Xalqımızın ən böyük düşməni olan Şaumyanın adını əbədiləşdirmək üçün heykəlləri ucaldılmış, adına bağlar salınmış, onlarca küçə, kitabxana bu cəlladın adını daşımışdır. 1918-ci ilin qanlı Mart hadisələrini əks etdirən bədii əsərlər, qəzetlər yandırılmış, tamamilə məhv edilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı xalqımızın soyqırımı tarixinin öyrənilməsində milli şüurun formalaşmasında çox böyük əhəmiyyət daşıyır. Fərmanda xalqımızın tarixində ermənilər tərəfindən həmvətənlərimizin zaman-zaman vəhşicəsinə qırılmasına, torpaqlarımızın işğalına ilk dəfə siyasi qiymət verilmiş, alimlərimiz, ziyalılarımız qarşısında mühüm vəzifələr qoyulmuşdur. Məhz bu fərmandan sonra hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi nəinki ölkəmizdə, soydaşlarımızın yaşadığı dünyanın hər nöqtəsində qeyd edilir.

Söhrab SƏFİYEV,

"Respublika".