Tarixi ədalətin bərpasına nail olmalıyıq
Digər xəbərlər

Tarixi ədalətin bərpasına nail olmalıyıq

Azərbaycan xalqı dəfələrlə etnik təmizlənməyə məruz qalmış, öz dədə-baba yurdlarından deportasiya olunmuşdur. Tarixdə baş verən proseslər nəticəsində əzəli torpağımızda Ermənistan dövləti yaradılmışdır. Təbii ki, bütün bu qanunsuz fəaliyyətlər əbədi olaraq qalmayacaq. Cənab Prezidentimizin yürütdüyü uğurlu siyasət nəticəsində haqq-ədalət öz yerini tapacaq. Bu yöndə Qərbi Azərbaycan İcması da mühüm işlər görür. Ölkə başçımız cənab İlham Əliyevin dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bu gün Azərbaycan milli maraqlara əsaslanan uğurlu siyasət yürüdür.

Lakin xain qonşularımız bizim milli maraqlarımıza daim zidd hərəkət etmiş, hüquqlarımızı pozmuşlar. 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda törədilən vandallıqlar bunun əyani göstəricisidir. Ermənilər həmçinin ərazilərimizdə mədəni irsimizi təhqir etmiş, müqəddəs məscidlərimizdə donuz saxlamışlar. Ölkə başçımız istər xarici kanallara verdiyi müsahibələrində, istərsə beynəlxalq tədbirlərdə iştirakı zamanı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24- Qərbi azərbaycanlılarla görüşü zamanı söylədiyi nitq bunu bir daha təsdiqləyir: "Mən bunu deyəndə təxmin edirəm, yenə Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik yenə deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq".

Xalqımızın 1948-1953- illərdə məruz qaldığı deportasiyanı da unutmaq mümkün deyil. Bu zaman istər sovet hökuməti, istərsə ermənilər Qərbi azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmişlər. 1980-ci illərin sonlarında erməni millətçiləri, onların sovet hökumətindəki havadarları yenidən hərəkətə keçmişlər. Nəticədə, sovet hökuməti yenə alçaq düşmənə dəstək göstərmiş, xalqımız əzəli torpaqlarından yenidən deportasiya olunmuşdur. Bu yaxınlarda Qərbi Azərbaycan İcmasının beynəlxalq aləmə müraciəti tarixi ədalətin bərpa olunması yönündə atılan mühüm addımlardan hesab olunur. Sözügedən müraciət bu il yanvarın 17-, Birləşmiş Millətlər Təşkilatının katibliyinin BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasının  İqtisadi Sosial Şurasının rəsmi sənədi kimi yayılmışdır. Müraciətdə qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlər yer almışdır. Bu baxımdan, müraciət tarixi məsələmizin müstəviyə gətirilməsi sahəsində böyük uğurlardandır. Həmçinin azərbaycanlıların doğma yurdlarına qaytarılması təməl insan hüquqlarının qorunması üçün beynəlxalq sülhün, təhlükəsizliyin əməkdaşlığın bərqərar olmasının zəruriliyini bir daha təsdiqləmişdir.

Nəzrin ELDARQIZI,

"Respublika".