Tarix yaşadan abidələrimiz
Region

Tarix yaşadan abidələrimiz

Saatlı rayonunun Cəfərxan kəndi ərazidə ən qədim yaşayış məkanlarından hesab olunur. Bu günlərdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və kollektiv Saatlı rayonunda yerləşən Cəfərxan mülkünü və alman əsirləri qəbiristanlığını ziyarət etdilər.

 Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Sürəyya Zeynalova və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Saatlı rayonu üzrə abidə mühafizəçisi Əlibala Əliyev  Cəfərxan kəndində yerləşən Cəfərxan mülkünü nəzərdən keçirdilər.

Cəfərxan mülkünün tarixi, eyni zamanda bu ərazidə fəaliyyət göstərmiş təcrübə stansiyası öz maraqlı keçmişi ilə tanınır. Kənddə İkinci Dünya müharibəsi zananı əsir düşmüş alman əsirlərin qəbiristanlığı yerləşir. Qəbiristanlıq qorunur, nəzərə çarpan əgər-əskiklik dərhal aradan qaldırılır. Qəbiristanlıq Azərbaycan xalqının tolerantlığına nümunədir. Mütəxəssislər bir daha tarixi yeri nəzərdən keçirib yaxın vaxtlarda burada abadlıq-təmizlik işlər görülməsini planlaşdırdılar.

Qeyd edək ki, Saatlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində Cəfərxan kəndinin tarixinə dair bir sıra sənədlər, fotoşəkillər qorunur.

                                             Tofiq HÜSEYN,

                                            “Respublika”.