Tarix yalanla deyil, faktlarla sübut edilir
Digər xəbərlər

Tarix yalanla deyil, faktlarla sübut edilir

"Türksüz Ermənistan" uğrunda əsrlər boyu gizli bəzən leqal mübarizələr aparmış qəddar erməni  millətçiləri "dənizdən-dənizə" böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırımı siyasəti yeritmişlər

Tarixdən məlumdur ki, "erməni məsələsi" Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, onun torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət olub. Habelə, həmin məsələ Şərqə yiyələnmək uğrunda Rusiya Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Keçmişi unutmaq tarixi hadisələri danmaq olmaz.

XIX yüzilliyin ikinci yarısında ermənilərin Türkiyə ərazisində törətdikləri qanlı qırğınlar nəticəsində minlərlə dinc əhali öldürülüb. Buna cavab olaraq Osmanlı dövləti xain dönük erməni silahlı dəstələrinə tutarlı cavabını verib. Bu fikirləri İğdır Universitetinin tarix müəllimi, araşdırmacı Arslantürk Akyıldız söyləyib. O deyib: "Şərq siyasətinin həyata keçirilməsi üçün ermənilərdən istifadə edilib Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçilib. Birinci Dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniya tərəfindən çıxış edən Türkiyəyə təzyiq göstərməyə başlayıblar. Bu təzyiq getdikcə güclənib, hətta 1914- il oktyabrın 29-da Rusiya Türkiyəyə müharibə elan edib. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb, Rusiyanın köməyi ilə silahlandırılıblar hər yerdə türkləri qırmağa başlayıblar. Erməni silahlı dəstələri əllərinə keçən türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, lüt kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarnını yarıb körpələri nizəyə keçiriblər. Ermənilərin bu vandalizmi nəticəsində o vaxt 600 min türk öldürülüb. Təbii ki, Türkiyənin başı bu zaman müharibəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı".

Tarixi araşdırmacı deyib ki, ancaq hadisələri belə görən Türkiyə dövləti türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qalıb. Aparılan əməliyyat nəticəsində 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya digər bölgələrə köçürülüb. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər daha çox ölən isə türklər olub. Zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırmışlar. Halbuki, 1914- ildə Türkiyə ərazisində cəmi 1.294.851 nəfər erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9 faizini təşkil edirdi.

''Ermənilərin ilk üsyanı 1890- ildə Ərzurumda baş tutub. Bunun ardınca həmin il Qumqapı nümayişi, 1892-1893- illərdə Kayseri, Yozqat, Çorum Merzifon hadisələri, 1894- ildə Sasum üsyanı, Babıali nümayişi Zeytun üsyanı, 1896- ildə Van üsyanı Osmanlı Bankının zəbt olunması, 1903- ildə ikinci Sasun üsyanı, 1909-cu ildə Adana üsyanı sıralanıb. Təkcə 1895-ci il ərzində Osmanlı imperiyasının Anadolu bölgəsinin 24 mühüm şəhərində mütəşəkkil olaraq eyni vaxtda bəzən bir-birinin ardınca "Hnçak" digər erməni komitələri üsyan iğtişaşlar həyata keçiriblər. Üsyanlar zamanı erməni silahlıları yaxınlıqdakı müsəlman kəndlərinə basqın edib, evləri yandırıb, əhalini öldürüblər. Erməni quldurları 1916- il mayın 11- Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22- isə Van şəhərində 15 min adamı məhv etmiş, 1000 körpəni diri-diri boğmuş, 1918-ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq diri-diri yandırmışlar. 1895-ci ilin iyulunda İstanbulda hnçakçılar müsəlman uşaqların oxuduğu məktəbi, 30 evi, 20 dükanı, avqust ayında Amasiyada 58 evi, 165 dükanı yandırıblar. 1890- il iyulun 15- "Hnçak" partiyasının təşkilatçılığı ilə İstanbulda baş verən partlayışda 17 nəfər ölən yaralanan oldu. Dövlət məmurları da erməni terrorçu təşkilatlarının hazırladıqları sui-qəsdlərin qurbanı olublar. Ermənilərin özbaşınalığı o səviyyəyə çatmışdı ki, hətta 1905-ci ildə Sultan Əbdülhəmidə qarşı da sui-qəsd törətmişdilər. Erməni komitələri bəzi hallarda erməni əhalinin özünə zülm edərək, yaxud onların qaniçən əməllərinə qarşı çıxan erməniləri qətlə yetirərək, daha sonra günahı türklərin üzərinə atmağa çalışıblar'', - deyib Arslantürk Akyıldız. Onun sözlərinə görə, Birinci Dünya müharibəsi illərində "böyük Ermənistan" xülyası ilə Osmanlı dövlətinə xəyanət edərək düşmən cəbhəsinə qoşulan ermənilərin özbaşınalığı daha da artıb. 1915-ci ildə rus ordusunun Şərqi Anadoluya daxil olması ilə erməni silahlı dəstələri Van, Bitlis, Ərzurum, Ərzincan, Qars bir çox başqa vilayətlərdə amansız qırğınlar törədiblər, bəzi vilayətlər yerlə-yeksan edilib. Milyondan çox müsəlman kəndli öldürülüb... Ərzincana doğru çəkilən Osmanlı ordusu ilə birlikdə getməyə cəhd edən minlərlə qaçqın yolda tikə-parça edilib...

Arslantürk Akyıldız deyib ki, Türkiyədə vaxtilə ermənilər tərəfindən vəhşicəsinə, qeyri-insani şəkildə öldürülən türklərin çox sayda toplu məzarlığı aşkarlanıb. Belə ki, İğdırın Oba, Hakmehmet Gedikli kəndində 10 toplu məzar aşkar edilib. Bu məzarlar açıldığı zaman ermənilərin əsl soyqırımı törətdikləri ortaya çıxıb...

Bəs nəyə görə ermənilər böhtandan əl çəkmir "erməni soyqırımı" türklərin boynuna zorla qoymağa çalışırlar?

"Bunun cavabı ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərindən aydın görünür. Ross Vartanyan  deyib ki, "Soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik". Deməli, daşnaklar "böyük Ermənistan" ideyasından hələ əl çəkməmiş, avantürist məqsədlərini həyata keçirmək üçün böhtançı uydurma "erməni soyqırımı" əldə bayraq etmişlər. Hətta ABŞ alimləri Castin Makkarti Karolin Makkarti tarixi faktlara əsaslanaraq belə bir obyektiv nəticəyə gəlmişlər ki, erməni soyqırımı uydurma böhtandır. Adıçəkilən müəlliflər "Türklər ermənilər" adlı tədqiqat əsərində sübut ediblər ki, Şərqi Anadoluda təşkil olunmuş soyqırımı olmamışdır. Əslində, erməni daşnak quldur dəstələri özləri Türkiyədə, İranda, Azərbaycanda, Qafqazda azəri türklərini vəhşicəsinə qırıb, məhv ediblər. Castin Makkarti "Soyqırım olmuşmu?" əsərində göstərir ki, XX əsrin yalnız birinci rübündə ermənilərin törətdiyi qırğınlarda 2 milyona yaxın türk qətlə yetirilmiş, yaralanmış qovulmuşdur.

Bəli, artıq dünya tarixi həqiqətləri görür anlayır. Uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılmış, onun üzü, mahiyyəti bəlli olmuşdur. Məkrli hiyləgər erməni yalanı son zamanlarda güclü tutarlı dəlillərlə ifşa olunmaqdadır. Bu gün dünya ictimaiyyətinə artıq məlumdur ki, ermənilərin uydurduqları bütün yalanların məqsədi nədir onlar istəyirlər...

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.