Tank heyətlərinin peşəkarlığı artırılır
Digər xəbərlər

Tank heyətlərinin peşəkarlığı artırılır

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrin yerində və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

AZƏRTAC