“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib
Digər xəbərlər

“Tank biatlonu” müsabiqəsində iştirak edən komandaların püşkatması keçirilib

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində təşkil olunacaq “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdikləri tədbirdə püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər.

Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.

AZƏRTAC