Tahir Budaqov: Azərbaycanın möhtəşəm inkişaf yolunun davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha uğurlu olacaq
MÜSAHİBƏLƏR

Tahir Budaqov: Azərbaycanın möhtəşəm inkişaf yolunun davamı Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha uğurlu olacaq

Bu gün çox əlamətdar gündür. Möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 60 illik yubileyini qeyd edirik. Bu əlamətdar gündə Yeni Azərbaycan Partiyasının silsilə tədbirlərinin kuliminasiyası olaraq "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" mövzusunda konfrans keçirildi. Bu konfransda ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfərdən sonra regionumuzda yaranan yeni reallıqlar və bu reallıqlar əsasında Azərbaycanın, bütünlükdə regionun inkişafı perspektivləri müzakirə olundu. Müxtəlif sahələri əhatə edən məruzələrdə Qarabağda həyata keçirilən möhtəşəm quruculuq, inkişaf işləri barədə məlumat verildi, yeni layihələrin anonsu təqdim edildi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, konfransın panel iclaslarında da Azərbaycanın möhtəşəm inkişaf yolunun davamı olaraq qarşıda duran məsələlərin müzakirəsi davam etdirilib.

"Əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın tərəqqisi, möhtəşəm inkişaf yolunun davamı Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bundan sonra daha uğurlu olacaq, Azərbaycanı gələcəkdə yeni-yeni zəfərlərə, zirvələrə aparacaq", - deyə YAP Sədrinin müavini vurğulayıb.

 

AZƏRTAC