Tabor komandirləri ilə toplanışlar keçirilir
Digər xəbərlər

Tabor komandirləri ilə toplanışlar keçirilir

Bu il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunda tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanışlar keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplanışlarda zabitlərin bilik və bacarıqları, eyni zamanda, fiziki hazırlığı qiymətləndirilir, müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilir.

Toplanışların əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzərə bilikləri və peşəkarlıq səviyyələrinin artırılmasıdır.

AZƏRTAC