Şuşaya səfər edən Jalə Təbrizli:
MÜSAHİBƏLƏR

Şuşaya səfər edən Jalə Təbrizli: "Sanki ayrı bir dünyadayam"

Bu gün Şuşada olduğum üçün qürur hissi duyuram. Azərbaycanın və Şuşanın gözəlliklərinə heyran qalmışam. Sanki bu gün ayrı bir dünyadayam.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şuşada səfərdə olan "Ərk" İnsan Hüquqları Müdafiə Komitəsinin sədri, Fransada yaşayan Jalə Təbrizli deyib.

"Şuşanın azadlığına çox sevindim. Şəhidlərimizin ruhu şad olsun. Biz onların igidliyi sayəsində bu gün Şuşanı azad görürük, bura ayaq basa bilirik. Şuşanı çox dağıdıblar, vəhşiliklər törədiblər. Ancaq digər tərəfdən Azərbaycan dövlətinin apardığı yeni tikililəri də görüb qürur duyuram. Bura yenidən sürətlə abadlaşır, bərpa olunur",- deyə o bildirib.

AZƏRTAC