Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı
Siyasət

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bəyanatı

Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanat yayıblar.

Bəyanatı təqdim edirik:

"Biz, qeyri-hökumət təşkilatlarını təmsil edən nümayəndələr Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına və ekoloji terrora qarşı keçirilən dinc etiraz aksiyasının 2022-ci il dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi, müzakirələrin yerdə real vəziyyəti əks etdirməməsi ilə bağlı təəssüfümüzü ifadə edirik.

Ermənistan və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransanın bu platformadan birtərəfli şəkildə sui-istifadə etmələri, beynəlxalq ictimaiyyəti çaşdırmaları və çirkin propaqanda aparmaları qəbuledilməzdir. Bu kimi arzuolunmaz cəhdlər regionda davamlı sülhün əldə olunmasına xidmət etmir, əksinə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistan, Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları da qəsdən yerli əhalini öz siyasətlərinin girovuna çevirir və onların Azərbaycan tərəfi ilə təmaslarına imkan vermir, süni "humanitar fəlakət" ab-havası yaratmağa çalışırlar.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasında tamamilə əsasız şəkildə Ermənistanın Azərbaycanın suveren əraziləri haqqında iddialarla çıxış etməsi qəbuledilməzdir və bu cür yanaşma Təhlükəsizlik Şurasının təməl prinsiplərinə ziddir.

Bir daha bildiririk ki, etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə və ətraf mühitə bərpa olunması mümkün olmayan zərərin vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə sayğısızlıq, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.

Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur.

Etiraz aksiyasının keçirildiyi yerdən medianın, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin verdiyi məlumatlardan aydın görünür ki, humanitar yük, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım və digər humanitar nəqliyyat vasitələri sərbəst hərəkət edə bilir və bunun üçün aksiya iştirakçıları tərəfindən hər bir şərait yaradılır. Həmçinin ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin humanitar problemlərinin operativ şəkildə həlli üçün QHT-lər tərəfindən qaynar xətt yaradılıb. Buna görə də, erməni əsilli sakinlərin guya "blokada"ya alınması kimi iddiaların heç bir əsası yoxdur.

Biz aksiya iştirakçıları olaraq Laçın yolunun hərbi məqsədlər üçün istifadə olunmasına, təbii sərvətlərimizin talan edilərək ölkədən çıxarılmasına son qoyulmasını tələb edirik. Laçın-Şuşa-Xankəndi yolu Azərbaycan Respublikasının suveren ərazisidir.

Biz, həmçinin Ermənistan hakimiyyətinin, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlı dəstələrinin erməni əsilli sakinləri təhdid etməsinə, onların Azərbaycana reinteqrasiyasına bütün vasitələrlə maneə olmasına qəti etiraz edirik. Biz erməni əsilli sakinləri birgə yaşayışa dəvət edirik.

Vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar problemləri olduğu halda, onların aradan qaldırılması üçün bütün resurslarımızı səfərbər etməyə hazır olduğumuzu bir daha bəyan edirik".

Bəyanatı qəbul edən 102 QHT-nin adı ilə qəzetimizin saytında (www.respublika-news.az) tanış ola bilərsiniz.   

 

1.     Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi - İlqar Orucov

2.     “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi - Azər Allahverənov

3.     “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi - Zaur İbrahimov

4.     “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi - İsrayıl İsgəndərov

5.     “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi - Nurəddin Mehdiyev

6.     “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi - Günel Səfərova

7.     “Sağlam Həyata Doğru” Ekoloji İctimai Birliyi - Həsənov Sadiq Hüseyn oğlu

8.     “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyi - Balayev Səlim Loğman oğlu

9.     “Eko-Aləm” İctimai Birliyi - Yüzbaşeva Sevil İsmayıl qızı

10.   Ekoloji İnformasiya İctimai Birliyi - Muradlı Musa Heydər oğlu

11.   “EkoSfera” Sosial Ekoloji Mərkəzi - Firuzə Sultanzadə

12.   “Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi - İsayeva Sevil Hacıbala qızı

13.   “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi - Nəzərov Çingiz Manaf oğlu

14.   Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyi - Yusubova Qəmzə Xanlar qızı

15.   “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi - Etibar Məmmədov

16.   "Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi - Rahilə Mehtiyeva

17.   Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyi - Cəfərli Elman Niyazil oğlu

18.   Ekoloq Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi - Hüseynli Rübabə Əlişirin qızı

19.   “Ekoloji Maarifçiliyə Yardım” İctimai Birliyi - Hüseynov Tarverdi Tapdıq oğlu

20.   Gənclər üçün Təhsil Mərkəzi - Fəxrəddin Həsənzadə

21.   Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi - Həsənova İradə İsrafil qızı

22.   “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyi - Rəşad Məmmədli

23.   “Ortaq Dəyərlər” İctimai Birliyi - Aqil Camal

24.   “Sağlamlığa Xidmət” İctimai Birliyi - Elçin Muxtarlı

25.   “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyi - Amin Məmmədov

26.   “Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi - Nərminə Qəribova

27.   “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi - Zaur Quliyev

28.   “Gənclərin Töhfəsi” İctimai Birliyi - Məhsəti Hüseynova

29.   “Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi - Aynur Zülfüqarova

30.   Milli Qeyri-Hökumət Təşkilatları Forumu - Rauf Zeyni

31.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı - Cəlil Xəlilov

32.   Beynəlxalq Avrasiya Mətbuat Fondu - Umud Mirzəyev

33.   Konstitusiya Araşdırmalar Fondu - Əliməmməd Nuriyev

34.   Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası - Sahib Məmmədov

35.   D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti - Novella Cəfərova

36.   İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi - Səltənət Qocamanlı

37.   "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi - Səadət Bənənyarlı

38.   "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyi - Mayis Əliyev

39.   Biosfer İctimai Birliyi - Qorxmaz İbrahimli

40.   “Azad İstehlakçılar” İctimai Birliyi - Eyyub Hüseynov

41.   “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi - Füzuli Rzaquliyev

42.   “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi - Emin Həsənli

43.   “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi - Ramil İsgəndərli

44.   İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi - Şəlalə Həsənova

45.   "Demokratiyanı Öyrənmə" İctimai Birliyi - Mirəli Hüseynov

46.   “İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi - Cəsarət Hüseynzadə

47.   “Azərbaycan Uşaqları” İctimai Birliyi - Kəmalə Ağazadə

48.   Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı - Asif Əsgərli

49.   Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi - Mehriban Zeynalova

50.   “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi - Fikrət Yusifov

51.   “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyi - Müşviq Ələsgərli

52.   “Bakı Natiqlik Məktəbi” İctimai Birliyi - Elçin Mirzəbəyli

53.   “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi - Elşad Məmmədli

54.   Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi - İlqar Hüseynli

55.   Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi - Faiq İsmayılov

56.   “Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi - Anar Xəlilov

57.   Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi - Vüqar Əhmədov

58.   Azərbaycan Jurnalistlər Şəbəkəsi - Ayaz Mirzəyev

59.   “Elmi Araşdırmalar” İctimai Birliyi - Telman Qasımov

60.   Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Assosiasiyası - Dilarə Əfəndiyeva

61.   “Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyi - Vəli Əlibəyov

62.   Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi İctimai Birliyi - Elçin Salmanov

63.   “Əsgər Ailələrinə Dəstək" İctimai Birliyi - Mətanət Əsgərqızı

64.   "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyi -Elməddin Muradov

65.   “Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi - Səyyad Məcidov

66.   “İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyi - Əyyub Kərimli

67.   “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyi - Naibə Behbudova

68.   "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi - Səməd Vəkilov

69.   "ELM" Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyi - Səbuhi Abdullayev

70.   “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi - Niyaz Niftiyev

71.   QEYD Sosial Maarifləndirmə İctimai Birliyi - Tural Nurməmmədov

72.   Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi - Sevinc Fədai

73.   Hüquqi Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi - Fariz Əkbərov

74.   Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi - Ağayev İlkin

75.   “Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi - Səfərov Raci

76.   “Dayaq” Sosial Maarifləndirmə İctimai Birliyi - Hicran Alməmmədova

77.   "Oriqami" Uşaq və Yeniyetmələr İctimai Birliyi - Namiq Nəcəfov

78.   Səhiyyə və Sağlam Həyat İctimai Birliyi - Könül Əlizadə

79.   Azərbaycan Əlillər Cəmiyyəti - Xədicə Mikayılova

80.   “Qadın dünyası” İctimai Birliyi - Kifayət Niftəliyeva

81.   “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi - Fərhad Abdulov

82.   "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyi - Nadir İsmayılov

83.   İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi - Abbas Pənahov

84.   Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi - İlham Əliyev

85.   Gənclərin Mədəniyyətlərarası Əməkdaşlıq Liqası İctimai Birliyi - Elçin Çobanzadə

86.   Sosial Dayaq İctimai Birliyi - Qərənfil Niftəliyeva

87.   “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi - Xatirə Vəliyeva

88.   "Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi - Radə Abbas

89.   Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyi - Elnarə Abbasova

90.   "20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması" İctimai Birliyi - Maral Zamanova

91.   Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyi - Gülşən Behbudova

92.   “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyi - Nəzakət Həsənova

93.   Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi - Emin Şirvanzadə

94.   Jurnalist Qadınlar Assosiasiyası - Sevil Yusifova

95.   “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İctimai Birliyi - Aidə Səfərova

96.   “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi - Habil Niftalı

97.   “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi - Elnarə Məhərrəmova

98.   “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi - Toğrul Allahverdiyev

99.   "Media  Araşdırmaları və Monitorinq Mərkəzi” İctimai Birliyi - Şahbazov Şadman

100. “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi - Almaz Zeynalova

101. Sakura Azərbaycan-Yaponiya İctimai Birliyi - Təranə Hüseynova

102. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi - Orduxan Qəhrəmanzadə.