Şuşa turizm mərkəzlərindən birinə çevrilir
Region

Şuşa turizm mərkəzlərindən birinə çevrilir

Qarı düşmən həmişə xəyal edirdi ki, Şuşa əbədi olaraq onların kirli caynaqlarında qalacaq, bu qədim qalanı hər vasitəylə isə erməniləşdirəcək, saxta, qurama tarix qondarıb dünyaya sırıyacaq, həm öz xislətlərinə uyğun olaraq həmişə boş yerə lovğalanacaqlar.

Son iki yüzillik tariximizin səhifələrində olduğu kimi, düşmən yenə yanıldı, azərbaycanlıların torpaq, yurd məhəbbətini, el-oba yanğısını nəzərə almadı, daha doğrusu, heç saya salmadı. Etnik nifrət zəminində bir qondarma erməni mifi düzəldərək sərsəm rəvayətlər uydurdular, otuz ilə yaxın aparılan danışıqlarda yalançı hiyləgər mövqedə dayandılar. Eyforiyaya qapılan, illüziyalarla yaşayan ermənilər keçmiş təmas xəttində yaşayan dinc azərbaycanlıları atəşə tutur, onlara ziyan vurur, uşaqlara güllə atırdılar. Bir sözlə, cəzasızlıq onları qudurtmuşdu, eyni zamanda haylar anlamadılar ki, Azərbaycan xalqı işğalla heç zaman barışmayacaq, Qarabağın Şərqi Zəngəzurun xilaskarı, qalib Ali Baş Komandan İlham Əliyev öz ordusu ilə düşmənin bütün təxribatlarına son qoyacaq, lovğa düşmən döyüş meydanında məhv ediləcək, himayədarlarının köməyinə arxalanan hayların ordusu darmadağın edilərək yerdən-yerə vurulacaq, güvəndikləri hərbi texnikaları Qənimətlər Parkında nümayiş etdiriləcək. Anlamadılar, inanmadılar günlərin bir günü "Dəmir yumruğ"un gücü sayəsində fədakarlıq həqiqət onların başında şimşək kimi çaxdı, işğalçı niyyətləri puç oldu kirli əllər kəsildi, torpaqlarımız erməni işğalçılarının murdar tapdağından azad edildi.

Sərkərdə, xalq ordu birliyi 44 gün ərzində Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, düşmənin heç vaxt təsəvvür edə bilmədiyi Zəfər qazanıldı, sıldırım qayaların üzərində erməni girovluğunda əsir qalan Şuşa azad edildi. Tarixi Şuşa qələbəsindən sonra it unu kimi dünyaya səpələnmiş ermənilik, lobbiləri, kilsələri, havadarları, "bacı"ları şoka düşdülər hələ bu zərbədən ayıla bilmirlər. Şuşa uğrunda gedən qanlı döyüşlərdə igid cəsur oğullarımız qəhrəmanlıqla həlak oldular şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaldaraq, ən ali məqama yüksəldilər.

Məkanı cənnət olan şəhidlərimizin qanı hesabına azadlığına qovuşmuş Şuşa şəhəri artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin məkanına çevrilib. Bu gün Şuşaya gələn insanlar 28 il ərzində törədilən erməni vandalizminin vəhşi izləri ilə yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar. Qeyd edək ki, Şuşada mühüm infrastruktur layihələri sürətlə keyfiyyətlə həyata keçirilir. Təsdiq edilmiş plan əsasında aparılan quruculuq işləri həyat əhəmiyyətli sahələrdən başlayıb. İlk növbədə, Şuşaya yol çəkildi, sonra şəhərin enerji təsərrüfatı quruldu, şəhərə suyun verilməsi təmin edildi. Yurdumuzun dilbər guşəsi olan Şuşa şəhəri mədəniyyətimizin inkişafında böyük rol oynayıb, görkəmli şəxsiyyətlər yetişdirib, XIX əsrin sonlarında tariximizin incisi "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" "Zaqafqaziyanın konservatoriyası" adlandırılıb. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin böyük əməyi sayəsində Şuşada peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub. İşğaldan sonra Şuşa türk dünyasının mədəniyyət paytaxtı elan edilib, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə bu qədim şəhərin Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq 2022-ci il Azərbaycanda "Şuşa İli" elan edilib. Bu münasibətlə Şuşada bir çox mədəni tədbirlər keçirilib. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr reallaşdırılır. Qısa müddətdə Şuşanın Baş Planının hazırlanması, qüdrətli şair Molla Pənah Vaqifin büstünün muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin Üzeyir Hacıbəylinin heykəlinin açılışları, habelə buradakı tarixi, dini memarlıq abidələrinin bərpası ölkəmizin mədəniyyət paytaxtında aparılan kompleks işlərin tərkib hissəsidir. Cıdır düzündə "Xarıbülbül" musiqi festivalının Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası, muğam festivalının yekun konsertinin keçirilməsi, əcnəbi diplomatların, jurnalistlərin, blogerlərin, səyyahların səfərlərinin təşkil edilməsi Şuşanın sürətlə dirçəlişinin, əvvəlki dolğun mədəni modern həyatına qovuşduğunun göstəricisidir. Mədəniyyət paytaxtımızda tikinti-quruculuq işləri dövlətimizin başçısının tapşırığına uyğun olaraq şəhərin tarixi memarlıq xüsusiyyətlərinə uyğun aparılır. Bu təsadüfi deyil, bu tapşırığın ən dərin qatlarda kökü var, tarixi faktlara söykənir, əsaslı mənbələrdən qaynaqlanır. Ona görə dövlətimizin başçısı bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var Şuşanın bərpası, dirçəldilməsi hamımızın işidir əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalı, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz.

Tarixi qədər ziddiyyətli olsa da, necə deyərlər, başı bəlalar çəksə , Şuşa qanımız canımız hesabına azad edildi, otuz ilə yaxın bir müddətdə yaddaşımızdan, ruhumuzdan heç zaman silinmədi. Tarixi mənbələrə görə, Şuşa şəhəri ermənilər tərəfindən üç dəfə - 1905-ci, 1920-ci 1992-ci illərdə dağıdılıb, yandırılıb, bu sənət məbədinə ağır zərbələr vurulub. Strateji mövqeyi, təbiəti, gözəlliyi ilə Şuşa həmişə düşmənlərimizin gözünü qamaşdırıb. Azərbaycanda hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat cütlüyünün xəyanəti, səbatsızlığı, xalqın, yenicə müstəqilliyini elan edən dövlətin maraqları deyil, kreslo vəzifə uğrunda aparılan mübarizə nəticəsində Şuşa şəhəri 1992-ci il mayın 8- Ermənistan hərbi birləşmələri onların havadarları tərəfindən işğal edilib. Yaxşı bilirik ki, qoca tarix heç zaman xəyanəti bağışlamayıb, xainlər öz cəzalarına çatıblar, Şuşanı şüşə kimi sındıranlar xain kim damğalanıblar. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa məscidlərini, Xurşidbanu Natəvanın evini Molla Pənah Vaqifin məqbərəsini viran qoyublar. Lakin Azərbaycan xalqı bu işğalla barışmadı 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz Şuşa şəhərini erməni işğalından azad etdi. Bu gün Şuşa azadlığına qovuşmaqla yanaşı, tarixinin yeni quruculuq inkişaf mərhələsini yaşayır. Şəhər bərpa olunur, tikilir.

İşğaldan azad edilmiş ərazilərdə 2022-2026- illərdə "yaşıl enerji" zonasının yaradılması üzrə Tədbirlər Planına uyğun olaraq, Şuşadakı evlərin əksəriyyətində günəş panellərindən istifadə edilir. Şəhərdə digər quruculuq işləri ilə yanaşı, 23 yaşayış binasının tikintisinə başlanılıb cari ilin sonuna kimi 1500 nəfərin şəhərə köçürülməsi nəzərdə tutulub. Enerji təminatı üçün 5 yarımstansiya, həmçinin Daşaltı çayı üzərində su anbarı nasos stansiyası tikilib istifadəyə verilib. Şəhər təsərrüfatında mühüm yer tutan kanalizasiya xətlərinin tikintisi davam edir. Məktəb, xəstəxana poçt binaları da sürətlə inşa olunur. Qeyd edək ki, poçtun inzibati binasında "DOST" "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərəcək. Şuşanın iqlim şəraiti nəzərə alınaraq, burada 7 qazanxana istifadəyə verilib. Hazırda inzibati yaşayış binaları isti su ilə təchiz olunur. Şəhərin qazlaşdırılması da gündəlikdə duran ən başlıca məsələlərdən biridir. Qarabağa uzanacaq 5 magistral qaz kəmərindən biri Şuşaya çəkiləcək. Bir sözlə, Şuşada qədim məhəllələr, ticarət iaşə obyektləri, muzeylər, mədəniyyət evləri, otellər, küçə prospektlər yüksək zövqlə, həvəslə təmir olunur, qədimliyi qorunmaqla müasir bir turizm məkanına çevrilir. Şəhərdə erməni vəhşiliyinin izləri qalır, dağıdılmış evlər, viran qalmış küçələr... onların muzey kimi gələcək nəsillərə görk üçün saxlanılması lazımdır. Bildiyimiz kimi, Şuşa qoruq şəhəri elan edilib, bu qərar turizmin inkişafına güclü dəstək verəcək, Şuşa nəinki Azərbaycanın, eləcə dünyanın turizm mərkəzlərindən biri olacaq. Fərəhli haldır ki, Şuşa qonaqlarını qarşılayır, şəhər addım-addım öz ilkinliyinə qayıdır, burada tarix müasirlik qovuşur, bu qədim şəhər gecələr nura boyanır, gündüzləri isə daha gözəl cəlbedicidir. Şuşadan baxanda bütün Qarabağ ovuc içi kimi görünür, məhz buna görə Şuşanı Azərbaycanın tacı adlandırırlar.

Salman ALIOĞLU,

"Respublika".