Region

"Şuşa, sən azadsan!"

Cəbrayıl Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq rejissor Cavidan Şərifovun "Şuşa, sən azadsan!" sənədli filmi nümayiş olundu. Biləsuvar rayon 6 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl Mərkəzi Rayon Kitabxanasında nümayiş etdirilən filmin tamaşasına gənclər toplaşmışdılar.

Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!" filmi - müasir hərb tarixinin ən parlaq səhifələrindən olan Şuşa əməliyyatından bəhs edir. Filmdə əməliyyatı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer almışdır.

Filmdə nümayiş etdirilən səhnələr gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə əhəmiyyətli təsir göstərir.

 Tofiq HÜSEYN,

 "Respublika".