Sumqayıtda təmizlik aksiyası keçirilib
Ekologiya

Sumqayıtda təmizlik aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan Sumqayıtçayın Sumqayıt şəhəri ərazisindən keçən hissəsində “5 iyun Ətraf mühitin mühafizə günü”ilə əlaqədar təmizlik aksiyası keçirilib. Bu barədə Nazirliyin 6 iyunda verdiyi məlumatda bildirilir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və digər qurumların iştirak etdiyi aksiya zamanı Sumqayıtçayın sahilində plastik tullantılar, polietilen torbalar və digər məişət tullantıları toplanaraq ümumilikdə 25 m³, təqribən 800-850 kq tullantı, yük avtomobilinə yüklənərək zərərsizləşdirilməsi üçün Sumqayıt şəhər məişət tullantıları poliqonuna daşınmışdır.

“Respublika”.