Sultan Ahmed Ali: Azad olunmuş ərazilərdə sürətlə aparılan bərpa işləri məni sevindirir
MÜSAHİBƏLƏR

Sultan Ahmed Ali: Azad olunmuş ərazilərdə sürətlə aparılan bərpa işləri məni sevindirir

Azad edilmiş ərazilərin işğal zamanı minalandığını, dini abidələrin, o cümlədən məscidlərin və kilsələrin, həmçinin buradakı bütün tikililərin dağıdıldığını görəndə çox narahat oldum. Lakin Azərbaycan hökuməti tərəfindən bu ərazilərdə sürətlə aparılan bərpa işləri məni sevindirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Pakistanın "MUSLIM" institutunun sədri Sultan Ahmed Ali deyib.

Bir pakistanlı olaraq Şuşaya səfər etdiyi üçün çox xoşbəxt olduğunu deyən Sultan Ahmed Ali Azərbaycan xalqına uğurlar arzulayıb.

O, "MUSLIM" institutunun İkinci Qarabağ müharibəsi ərzində Pakistanda bir çox tədbirlər keçirdiyini bildirib. Həmçinin Xocalı soyqırımı ilə əlaqədar Pakistanın dost ölkələrinə, beynəlxalq və regional təşkilatlara məktubların göndərildiyini diqqətə çatdırıb.

AZƏRTAC