Digər xəbərlər

"Sülhün kökləri" təşkilatının rəhbəri Heidi Kühnün Azərbaycana səfəri başa çatıb

Minaların müharibənin təsirinə məruz qalmış bölgələrdə təmizlənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək məqsədilə yaradılmış "Sülhün kökləri" (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi rəhbəri Heidi Kühnün Azərbaycana ikinci səfəri 13 may tarixində başa çatıb.

Bu barədə verilən məlumata görə, səfər çərçivəsində xanım Heidi Kühn işğaldan azad edilmiş Füzuli rayonuna baş çəkərək, icra edilən genişmiqyaslı bərpa yenidənqurma işləri, infrastruktur layihələri, eləcə minatəmizləmə əməliyyatları ilə tanış olub. Minatəmizləmə zamanı aşkar edilən 6 ədəd tank əleyhinə minanın partlayış yolu ilə zərərsizləşdirilməsində iştirak edib.

Qeyd edək ki, dünyanın mina müharibənin təsirindən zərər çəkmiş müxtəlif bölgələrində illər sonra inkişafa əngəl ola biləcək təhdidlərə məhz kənd təsərrüfatı vasitəsilə sülh əmin-amanlıq bəxş etdiyi üçün "Sülhün kKökləri" təşkilatının təsisçisi rəhbəri Heidi Kühn Azərbaycanda səfərdə olarkən "Dünya Ərzaq Mükafatı" ("The 2023 World Food Prize") laureatı elan edilib. Təqdimat mərasimi ABŞ Dövlət Departamentinin Milli Elmlər Akademiyasında Departamentin Katibi Antoni Blinkenin iştirakı ilə keçirilibSəfər zamanı Bakı Ali Neft Məktəbində xanım Heidi Kühnün mina təhlükəsinə həsr etdiyi Azərbaycan dilinə tərcümə olunan "Canlanan Torpaq" (Breaking Ground) kitabının təqdimat mərasimi təşkil edilib.

Azərbaycana səfər çərçivəsində xanım Heidi Kühnün xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşləri təşkil edilib.

Ölkə rəsmiləri ilə keçirilən görüşlərdə işğaldan azad edilmiş ərazilərin minalarla ciddi şəkildə çirkləndirilməsi, Azərbaycana qarşı yaranmış mina təhdidləri, mövcud problemin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, hökumət tərəfindən aparılan yenidənqurma işləri, eləcə bu sahədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mustafa KAMAL,

"Respublika".