Sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hər hansı toqquşma baş verməyib
Digər xəbərlər

Sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hər hansı toqquşma baş verməyib

Erməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

"Məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.

Erməni mənbələri tərəfindən vəziyyət süni şəkildə şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək ab-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.

Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir", - deyə məlumatda bildirilir.

AZƏRTAC