Sudanın müvəqqəti işlər vəkili: İşğaldan azad olunmuş ərazilərdə perspektivli layihələr həyata keçirilir
MÜSAHİBƏLƏR

Sudanın müvəqqəti işlər vəkili: İşğaldan azad olunmuş ərazilərdə perspektivli layihələr həyata keçirilir

Füzuli və Şuşaya bugünkü səfərdə iştirak etməkdən qürur duyuram.

Bunu AZƏRTAC-a açıqlamasında Sudanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mustafa Abdel Halim söyləyib.

"Füzuli şəhərinə səfər zamanı bizə şəhərin tarixi barədə məlumat verildi. Burada biz Füzuli şəhərindəki dağıntılarla, həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə tanış olduq. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən perspektivli layihələr həyata keçirilir. Bu səfərdə iştirak etmək çox xoşdur", - deyə sudanlı diplomat qeyd edib.

AZƏRTAC