Sudan qanunsuz istifadənin qarşısı alınıb
Digər xəbərlər

Sudan qanunsuz istifadənin qarşısı alınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq su itkilərinin israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi rayonunda içməli sudan uçotsuz sayğacdankənar istifadə halları aşkar edilib.

2-ci mədən, 78-ci korpus ünvanında fəaliyyət göstərən ət kəsimi məntəqəsində suyun talandığı aşkarlanıb. Binəqədi qəsəbəsi Nurlu massivində tikilən apartman tipli yaşayış binasında da texniki şərt almadan, müqavilə bağlanmadan sudan qanunsuz istifadə edilir. Həyata keçirilən nəzarət tədbirləri zamanı sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilmiş fərdi yaşayış evlərinin hər birinə qanunsuz su xətti çəkildiyi məlum olub.

Aşkarlanmış qeyri-qanuni xətlər birləşmələr ləğv edilib belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək.

Qeyd edək ki, 2023- ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı ümumilikdə 2638, təkcə Binəqədi rayonunda isə 528 fakt aşkarlanıb, "Azərsu" ASC xətti ilə 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

 "Respublika".