Sudan nümayəndəsi: Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilata çevrilməsi tarixi nailiyyətdir
MÜSAHİBƏLƏR

Sudan nümayəndəsi: Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin təşkilata çevrilməsi tarixi nailiyyətdir

Hər kəsin həvəslə çalışması nəticəsində Şuşada təşkil olunan tədbir çox uğurlu alındı. Biz Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsini təşkilata çevirdik. Bu, tarixi nailiyyətdir.

Bunu AZƏRTAC-a müsahibəsində Qoşulmama Hərəkatının Gənclər Sammitində iştirak edən Sudan nümayəndəsi Mustafa Abdelhallem Mahmud deyib.

O qeyd edib ki, bu, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin birinci Sammiti olduğu üçün mühüm əhəmiyyətə malikdir. Çünki bu Sammitdə 60-dan çox üzv dövlətin təmsilçiləri iştirak etdilər.

Gənclər Şəbəkəsini təşkilata çevirmək üçün çox çalışdıqlarını vurğulayan Sudan nümayəndəsi bildirib: "Hər kəs bu təşkilatın uğurlu olmasını səbirsizliklə gözləyir. Bizim qarşıda görüləcək hələ çox işlərimiz var. Xatırlatmaq yerinə düşər ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra ikinci ən böyük təşkilatdır. Bu o deməkdir ki, bu Gənclər Təşkilatında 120 üzv dövlətdən nümayəndələr bir araya gələcək. Buna görə də Gənclər Təşkilatı gənclərin inkişafında müsbət təsir göstərəcək. Tədbirin Azərbaycanda keçirilməsinə görə dövlətinizə, şəxsən Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk".

AZƏRTAC