Su təsərrüfatı və meliorasiya işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Digər xəbərlər

Su təsərrüfatı və meliorasiya işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

5 iyun - “Su təsərrüfatı meliorasiya işçiləri günüpeşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014- il 14 may tarixdə imzaladığı Sərəncamla iyun ayının 5-iSu təsərrüfatı meliorasiya işçiləri günükimi təsis edilib hər il bu tarix su təsərrüfatı işçilərinin peşə bayramı kimi qeyd olunur.

AZƏRTAC xəbər verir ki, “Su təsərrüfatı meliorasiya işçiləri günüilə əlaqədarAzərsuASC, Meliorasiya Su Təsərrüfatı ASC-nin rəhbərliyi Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

AzərsuASC, Meliorasiya Su Təsərrüfatı ASC-nin rəhbərlikləri iyunun 4- Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində peşə fəaliyyətini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışov Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun xatirəsinə qoyulmuş anım guşəsinin önünə gələrək onları ehtiramla anıblar.

AZƏRTAC