SU HƏYAT,  BOLLUQ, BƏRƏKƏT DEMƏKDİR
İQTİSADİYYAT

SU HƏYAT,  BOLLUQ, BƏRƏKƏT DEMƏKDİR

Builki  anamal istilər  aqrar sahədə çalışan zəhmətkeş insanları sınağa çəksə də, təcrübəli su təsərrüfatı işçilərinin fədakarlığı əkin sahələrində bol məhsulun əldə olunmasına real imkan yaratmışdır.  Belə ki, əkin sahələri yetərincə su ilə təmin olunmuş, fermerlər quraqlığın sərt problemləri ilə üzləşməmişlər.

Bu sahədə görülən işlər haqqında geniş məlumat almaq üçün uzun müddət bu sahəyə rəhbərlik edən təcrübəli meliorator Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İsmayıl Əvəzovla  iş başında görüşdük. O bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxalın azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılmasında meliorasiya və su təsərrüfatı sahəsində reallaşan infrastruktur layihələrinin önəmi böyükdür.  Bu işlərin yüksək səviyyədə həyata keçirilməsində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşür, çünki aqrar sahənin inkişafı iqtisadiyyatın əsasını təşkil edir.  Belə ki,  əkinəyararlı torpaqların normal, vaxtı-vaxtında suvarma suyu ilə təmin olunması mühüm rola malikdir.  Bu sahədə məqsədyönlü islahatlar aparılmışdır.  Belə ki, Azәrbaycan xalqının ümummilli lideri Heydәr Әliyev tәrәfindәn meliorasiya vә su tәsәrrüfatı potensialının yaradılması, inkişafı, aparılan islahatlar vә böyük quruculuq işlәri, bu gün onun layiqli davamçısı, praqmatik dövlət başçısı, ölkə Prezidenti İlham Әliyevin rәhbәrliyi ilә uğurla davam etdirilir.  

Son illәrdә aqrar sahәyә әsaslı kapital qoyuluşu dәfәlәrlә artmış, aqrar sahәnin maddi-texniki bazası xeyli güclәndirilmişdir.   Minlәrlә kilometr suvarma kanallarının vә kollektor­-drenaj şәbәkәlәrinin bәrpası, yenidәn qurulması vә tikintisi hәyata keçirilmiş, subartezian quyuları qazılmış, sel vә daşqınlara qarşı sahilbәrkitmә vә bәndlәrin möhkәmlәndirilmәsi işlәri uğurla hәyata keçirilmişdir.  Su elektrik stansiyaları, magistral kanallarla birlikdə Taxtakörpü və Şəmkirçay su anbarları kimi XXI əsrin nəhəng layihələri reallaşdırılmışdır.  Ölkə rəhbərinin “Hər damla su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır”- qiymətli kəlamı bizim gündəlik iş prinsipimizdir.  Məhz  bu son dərəcə mühüm sahә Göygöl rayonunda da daim diqqәt mәrkәzindә olmuş, әhalinin artan tәlәbatının ödәnilmәsi üçün xeyli işlәr görülmüşdür. 2021-ci ilin 9 ayı ərzində suvarmanı mütəşəkkil və tələb olunan səviyyədə həyata keçirmək üçün Göygöl Suvarma Sistemləri İdarəsində həmin dövr üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq qurulmuşdur.   Kənd təsərrüfatı bitkilərinin suvarılmasının həyata keçirilməsi məqsədilə kanalların su limitləri təsdiq edilmiş, dövlət təsərrüfatlarının, fermerlərin, digər sudan istifadə edən qurumların və şəxslərin suya tələbatını təmin etmək üçün lazım olan mövcud imkanlardan maksimum istifadə olunmuşdur.  

2021-ci ilin 9 ayı ərzində  Göygöl rayonu ərazisində 12510  ha suvarılan sahələrdə, kənd təsərrüfatı bitkiləri Suvarma Sistemləri İdarəsi tərəfindən suvarılması təmin edilmişdir.  Sel və daşqınlara qarşı mübarizə tədbirləri çərçivəsində  çayların məcraları mexanizmlərlə təmizlənmiş, arxların və kanalların dəhnələri şitlər və digər vasitələrlə möhkəmləndirilmişdir.  Belə ki, Gəncəçay, Kürəkçay, Qoşqarçay çaylarının məcraları mexanizmlə təmizlənmiş, Qızılca, Nadel, Mollaosman, Bəhrəmbəy arxlarının və kanallarının dəhnələri şitlər, beton bloklar və digər vasitələrlə möhkəmləndirilmişdir.  32,5 min kubmetr həcmində çay məcrasında təmizləmə işləri görülmüşdür.  Bundan başqa, suvarmada 296 ədəd subartezian quyusunun (4880 hektarı təmin etməklə) və 10 ədəd su nasos stansiyasının  (1294 hektarı təmin etməklə) suyundan istifadə olunmuşdur. 2021-ci ilin 9 ayı ərzində idarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin saz saxlanması və qəzasız fəaliyyəti təmin olunmuşdur.  Ümumiyyətlə, 217 min kubmetr həcmində çay məcrasında təmizlənmə işləri görülmüşdür. 36  ədəd hidrotexniki qurğu, 21 ədəd hidropost cari təmir edilmiş, arxlarda və kanallarda 21000 kvm kol-koslardan təmizləmə işləri görülmüş, boru kəmərində 1,5 km uzunluğunda cari təmir işləri aparılmış, beton kanallarda 2,3 km-dək təmir işləri aparılmışdır.  Bundan başqa, Xanlar arxında və Xan arxında cari təmir işləri görülmüş, həmin arxlarla əkin sahələrinin tam suvarılması təminatı yaranmışdır.  Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri təmir  edilmişdir.

Eyni zamanda, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən edilmiş rayonun bütün kənd təsərrüfatı sahələrində müvafiq işlər  aparmaqla rayon ərazisində irriqasiya sistemlərinin cari təmir işləri görülmüş, həyətyanı, bələdiyyə torpaqlarının və digər hüquqi və fiziki şəxslərə məxsus olan torpaqların suvarılması təmin edilmişdir. Belə ki, 2021-ci ilin   9 ayı  ərzində rayon əhalisinin əkin sahələrini suvarma suyu ilə təmin etmək,rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına zəmin yaratmaq məqsədilə 175 ədəd subartezian quyuları cari təmir edilmişdir.  Rayonun Çaylı nasos stansiyasında nasosun suburaxma qabiliyyətini artırmaq üçün nasos stansiyasında SNS 300/240 markalı yeni nasos avadanlığı quraşdırılmışdır. 2021-ci ilin üçüncü rübündə əsaslı təmir işləri çərçivəsində Xanarx magistral kanalının 2,1 km hissəsində nəzərdə tutulan işlər keyfiyyətlə görülərək beton üzlüklə təmir olunmuşdur.  Görülən İşlər nəticəsində su itkilərinin qarşısı alınmış, kanal altında 1750 ha suvarılan torpaqlar su ilə təmin olunmuşdur.  Cari ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 12 ədəd subartezian quyusu istifadəyə verilmişdir. Qazılan quyular SKADA tipli avadanlıqla təchiz edilmişdir.  Nəticədə 350 ha sahədə su istifadəçilərinin sudan istifadə təminatı yaranmışdır. Eyni zamanda, ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq əhalinin suvarma suyuna olan tələbatını ödəmək məqsədilə rayonun Balçılı kəndində 1 ədəd, Quşqara kəndində 2 ədəd, Nadil kəndində 1 ədəd, Səmədli kəndində 1 ədəd subartezian quyusunun qazılmasına başlanılmışdır. İdarə rəisi İsmayıl Əvəzov əminliklə bildirdi ki, Göygöl Suvarma Sistemlәri İdarәsinin kollektivi qarşıya qoyulmuş vәzifәlәrin vaxtında vә layiqincә yerinә yetirilmәsi, kәnd tәsәrrüfatı vә әrzaq mәhsulları istehsalı planlarının yerinә yetirilmәsi, suvarmanın daha da mütəşəkkil keçirilməsi  üçün bundan sonra da bütün bacarıq vә imkanlarından istifadә edərək bol məhsula nail olacaqlar.



         Zabit XƏLİLOV,

    “Respublika”.