“Strichting TogetherStrong
Digər xəbərlər

“Strichting TogetherStrong" Assosiasiyası niderlandlı parlamentarilərə Xocalı soyqırımı ilə bağlı müraciət göndərib

Niderland Karllığında fəaliyyət göstərən "Strichting TogetherStrong" Assosiasiyası Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bu ölkənin parlamentinin Xarici İşlər üzrə Komissiyasına burada yaşayan azərbaycanlılar adından müraciət göndərib.

AZƏRTAC xəbər verir ki, bu haqda Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və "Strichting TogetherStrong" Assosiasiyanın təsisçisi İlhana Qoca məlumat verib.

O, bildirib ki, əsas məqsəd niderlandlı parlamentarilərlə görüşmək və onlara Xocalı faciəsi haqqında ətraflı məlumat verməkdir. Parlamentariləri faciə ilə əlaqədar tam məlumatlandıraraq, Xocalı soyqırımının Niderland parlamentində tanıdılmasına nail olmaq istəyirlər. Həmçinin, Assosiasiyanın təsisçisi İlhana Qoca tərəfindən niderland dilinə tərcümə edilmiş "Xocalı şahidləri danışır" kitabı yerli deputatlara çatdırılacaq.

Niderlandlı parlamentari Vera Bergkampa xüsusi müraciət göndərilib. Müraciətdə parlamentin qərəzli mövqeyinin Azərbaycan mənşəli niderlandlılar üçün ağır olduğu göstərilərək, onların əksəriyyətinin Qarabağdan, Xocalıdan və Ermənistandan didərgin salındıqları qeyd edilib. Bildirilib ki, Niderland azərbaycanlıları icması üzvlərinin səsi eşidilməli və Xocalı soyqırımı parlamentdə müzakirəyə çıxarılmalı və tanınmalıdır.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə də "Strichting TogetherStrong" Assosiasiyası fəaliyyətini intensivləşdirərək, yerli mediada ölkəmizlə bağlı reallıqların işıqlandırılmasına töhfə verib, Azərbaycan reallıqları, 30 ilə yaxın işğalı altında olmuş torpaqların ermənilər tərəfindən büsbütün minalandığı, Qarabağda törədilən urbisidlərlə bağlı məlumatları yayıb.

AZƏRTAC