Statistika Komitəsi ilə BMT-nin qurumlarının əməkdaşlığı müzakirə edilib
Digər xəbərlər

Statistika Komitəsi ilə BMT-nin qurumlarının əməkdaşlığı müzakirə edilib

İyunun 17-də Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildirilib ki, görüşdə son illər ərzində Dövlət Statistika Komitəsi ilə BMT-nin qurumları arasındakı əməkdaşlıqdan danışılıb, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, “Azərbaycan kontekstində Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumatların dezaqreqasiyası” mövzusunda beynəlxalq seminarın təşkilinin ölkə statistikasının inkişafı istiqamətində mühüm addımlardan olduğu bildirilib.

Tədbirdə, həmçinin BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin təqdimatı da keçirilib.

AZƏRTAC